Tabloid.az
Böyrək daşının yaranmasına mane olan qida
Balqabaq tumu hər dərdin dərmanı hesab edilir. Həm dadlı, həm də faydalı qabaq tumundan gündə bir ovuc yemək məsləhətdir. Balqabaq tumunda bol miqdarda fosfor, maqnezium, manqan, dəmir və mis var. Bu tərəvəz K vitamini anbarı hesab edilir. Xolesterol səviyyəsini aşağı saldığı təsbit edilib.
Qabaq tumu depressiyaya qarşı təsirlidir. Yuxunun keyfiyyətini artırır və insanın özünü xoşbəxt hiss etməsinə səbəb olur. Sinklə zəngindir. Ona görə də sümük əriməsinə qarşı bədəni qoruyur.
Tabloid.az xəbər verir ki, tərkibindəki E vitamini sayəsində dəri gözəlliyinin qayğısına qalır. Gündə bir ovuc qabaq tumu yeyən xanımlar çox nadir hallarda dəri problemləri ilə üzləşə bilərlər. Çünki qabaq tumunun tərkibindəki minerallar və vitaminlər dərini gözəlləşdirməyə qadirdir.
100 qram qabaq tumunda 30 qram protein var. Bu da o deməkdir ki, ət yeməyi xoşlamayanlar, vegetarianlar zülal ehtiyaclarını qabaq tumu ilə qarşılaya bilərlər.
Araşdırmalar qabaq tumunun böyrək daşının yaranmasının qarşısını aldığını göstərib. Böyrəyində daş aşkar edilənlər də bol-bol qabaq tumu yeməlidirlər.
Qədim zamanlardan bəri qabaq tumundan bədəndəki bakteriyalara, parazitlərə qarşı istifadə edilib. Ancaq bu zaman qabaq tumunu qabığı ilə birlikdə yemək lazımdır.
Qabaq tumunun bir digər faydası isə prostat vəzi böyüməsi nəticəsində sidik ifraz etmə prosessində yaranan çətinliyi aradan qaldırmasıdır.
Tabloid.az
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO