Bred Pitlə Leonardo Di Kaprio eyni filmdə - Video
Bizi izləyin

Tabloid.az

Bred Pitlə Leonardo Di Kaprio eyni filmdə - Video

Aktyorların hər birinin 13 milyon dollar gəlir əldə etdiyi filmin ilk treyleri yayımlanıb

Rejissor Martin Skorze Hollivudun 3 möhtəşəm simasını yeni çəkdiyi filmdə bir araya gətirib. Belə ki, məşhur aktyorlar Bred Pit, Leonardo di Kaprio və Robert de Nironun iştirak etdiyi qısa film çəkən rejissor tamaşaçıların maraqla gözlədiyi işlərdən birinə imza atıb.

Bu üç aktyorun hər birinin 13 milyon dollar gəlir əldə etdiyi filmin ilk treyleri də yayımlanıb.

Bu qısa film 2,3 milyard dollar qiyməti olan "Central City" kazinosunun reklamı üçün çəkilib. Filmin ssenarisi "Uoll Strit canavarı"nın ssenaristi Terens Vinterkə məxsusdur.

Qeyd edək ki, qısa film "Central City"nin bu ilin ortasında baş tutacaq açılışında nümayiş olunacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm