Tabloid.az
Stressə meyillisiniz? - Test
Bu gün dünyanın mübarizə apardığı problemlərdən biri də stressdir. Stress uşaqdan tutmuş böyüyə kimi hamıya asanlıqla təsir edə bilir. İnsanı insanlıqdan çıxaran hadisələrin baş verməsinin əsas səbəbi də elə stressdir. Kriminal hadisələr, qətllər, özünəqəsdlər, ailə münaqişələri, müxtəlif xəstəliklər - bunların hamısının kökündə stress durur. Statistikaya görə, stressdən ən çox qadınlar əziyyət çəkirlər. Bəs stress, ümumiyyətlə nədir? İnsana necə təsir göstərir? Onunla mübarizə etmək üçün nələri bilməliyik?
Qısa desək, stress insanın öz üzərində hiss etdiyi təzyiq və gərginlik vəziyyətidir. Bu mənada, stress gündəlik həyatın bir parçası sayıla bilər. Dünyada artan əhali sayı, sıxlıq, təbii fəlakətlər stressi alovlandıran amillərdən ən birincisidir.
Stressə meyilliyinizi müəyyənləşdirmək üçün naraqlı bir test edək:
Stressə meyillisinizmi?
1. Hər şeydə mükəmməllik, qüsursuzluq axtaran, səbirsiz, növbədə gözləməyə dözümü olmayan, qarşısındakının sözünü kəsən, uğuru maddi qazancla ölçən, həyatın gözəlliklərinə səthi maraq duyan birisiniz?
2. Yoxsa həyatdan həzz almağa çalışan, hər şeyin puldan ibarət olmadığını, həyatın kiçik xoşbəxtliklərinin hədiyyə olduğunu düşünən və mübarizəni sevən bir insansınız?
Verdiyiniz cavab stressə yanaşmanızı müəyyən edir. Əgər 1-ci qrupu seçirsinizsə, stress sizdə vərdiş halını almış pessimizmə, hətta depressiyaya yol aça bilər. İkinci qrupu seçirisinizsə, stressi bir fürsətə çevirə, özünüzü inkişaf etdirmə vasitəsi olaraq ondan istifadə edə bilərsiniz.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO