Aygün və Brilliant yenə də üz-üzə gəldi
Bizi izləyin

Tabloid.az

Aygün və Brilliant yenə də üz-üzə gəldi

İki xalq artisti Aygün Kazımova və Brilliant Dadaşova üz-üzə gəldi.

Xəbər verdiyimiz kimi, Azərbaycanın xalq artisti Aygün Kazımovanın bu il Amerikada keçiriləcək “Big Apple Music Awards 2015” mükafatlandırma mərasimində iştirak edəcək. Bu barədə təşkilatın rəsmi saytı xəbər dərc edib. Bu gün isə təşkilat müsabiqənin daha bir azərbaycanlı iştirakçısının adını açıqlayıb. Məlum olub ki, Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın adı da nominatlar siyahısındadır.

Qeyd edək ki, xalq artisti Brilliant Dadaşova ötən il həmin yarışmanın keçirildiyi ABŞ-ın Nyu York ştatından da mükafatla dönmüşdü.

Məlumat üçün bildirək ki, iki xalq artisti arasında soyuq münasibət var və onlar bir-biri ilə danışmırlar.

Odur ki, hər iki müğənnimizə bu yarışda uğur arzu edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm