Tabloid.az
İştaha azaldan 8 qida
İnsan sağlam həyat tərzi keçirməlidir. Ancaq sağlam həyat tərzi ac qalmaq demək deyil. Bəs, pəhriz zamanı tez-tez acmamaq üçün nə etməliyik?
Tabloid.az iştahaınızı azaldıb daha az yeməyinizə səbəb olacaq qidaları araşdırıb:
Üzüm çəyirdəyi
Üzüm çəyirdəyi insanı tox saxlayır. Çəyirdəyi qurudub hər səhər bir qaşıq yeyin.
Yaşıl qəhvə
Maddələr mübadiləsini sürətləndirir. Antioksidantlarla zəngin olan yaşıl qəhvə iştahı kəsir. Gündə iki fincan yaşıl qəhvə içmək məsləhətdir.
Brokoli
Aclıq hissini aradan qaldırır. Vitamin və minerallarla zəngin olduğu üçün sağlam şəkildə arıqlamğa kömək edir.
Üzüm qabığı
Üzüm qabığının iştahı azaltdığı müəyyən edilib. Xüsusilə mövsümündə gündə 1 ovuc üzüm yemək çox faydalıdır.
Qatıq
Qatıq həm piylərin əriməsini sürətləndirir, həm də iştahı kəsir. Deməli, qatığı sağlam şəkildə arıqlamaq istəyənlərin ən yaxşı dostu hesab etmək olar.
Şüyüd
İştahı azaldır. Səhərlər şüyüd suyu içmək gün ərzində daha az yeməyinizə səbəb olacaq. Salatlara şüyüd əlavə edərək də eyni effekti əldə edə bilərsiniz.
Zəncəfil
Zəncəfil də iştah kəsən qidalar sırasındadır. Zəncəfil çayı içərək iştahınıza nəzarət edə bilərsiniz.
Yumurta
Yumurta da gün ərzində özünüzü tox hiss etməyinizi təmin edir. Bol protein mənbəyi olan yumurta sayəsində ət yeməyinizə ehtiyac qalmayacaq.
Tabloid.az
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO