Tabloid.az
Astroloji proqnoz - 17 yanvar
QOÇ - İmkan daxilində oturaq işlərdən uzaqlaşmalı, səyyar fəaliyyətlə məşğul olmalısınız. Qarşılıqlı münasibətlərdə isə hər şey ürəyinizcə olacaq. Vaxt tapıb qohum ziyarətinə də gedin.
BUĞA - Səhhətinizdəki nasazlığa dözə bilsəniz, bu təqvimin ümumi çalarları ürəyinizcə olacaq. Hətta nahar ərəfəsində şəxsi büdcənizdə artım da gözlənilir. Açıq havada çox durmayın.
ƏKİZLƏR - İxtiyarınızda olan bu təqvimdə ehtiyatlı olmalısınız. Bir məsəldə deyilmişkən, "soyuq su da dodağınızı yandıra bilər". Bunun üçün ilk növbədə riskli hərəkətlərdən, tələsik qərarlardan uzaq olun.
XƏRÇƏNG - Zodiak işarələri arasında yeni işlərə başlamaq üçün daha çox sizin bəxtiniz gətirə bilər. Nəzərə alın ki, bu gündən etibarən uzun müddət qarşınızda sipər olan qapılar açılacaq.
ŞİR - Yalnız maliyyə işlərinizdə müəyyən geriləmə mümkündür. Qalan məsələlərdə isə sevindirici məqamlarınız çox olacaq. Qohum-qonşularla, eləcə də həmkarlarınızla mehriban olun.
QIZ - Bir tərəfdən səhhətinizdəki nasazlıq, digər tərəfdənsə işlərinizin ləng inkişafı sizdə çaşqınlıq yarada bilər. Özünüzü itirməyin. Sövdələşmələrdə risk etməyə dəyməz.
TƏRƏZİ - Əməkdaşlıq zəminində bəxtiniz gətirə bilər. Çünki ulduzların düzümü istənilən sövdələşmədən xeyir qazanacağınızı bəyan edir. Xüsusən də günün ikinci yarısı sürprizləriniz olacaq.
ƏQRƏB - Müəyyən məziyyətlərinə görə gərgin gündür. Az qala hər tərəfdən sizə maneələr olacaq. Özünüzdə təpər tapıb hər havaya oynamayın. Saat 15-dən sonra vəziyyətiniz sabitləşəcək.
OXATAN - Dəstəyə ehtiyacınızın olduğunu nəzərə alan ulduzlar bu gün sizə kömək göstərəcək. Öz növbənizdə siz də aktivlik göstərməlisiniz. Saat 14-dən sonra daha cəsarətli addımlar atın.
OĞLAQ - Qarşınızda duran bu təqvimdə hamıdan şanslı olacağınız gözlənilir. Varlanma ehtimalınız da var. Amma uzaq səfərlərə çıxmaq üçün əlverişli ərəfə deyil. Axşam qonaq getmək olar.
SUTÖKƏN - Çıxardığınız hər bir qərarı dəfələrlə götür-qoy edin. Yanlışlığa yol verməyin. İlk növbədə nüfuzunuzu qoruyun. Astroloji göstəricilər yeni ideyalara yiyələnəcəyinizdən xəbər verir.
BALIQLAR - Havaların dəyişkənliyi sizin üçün o qədər də səmərəli deyil. Bu səbəbdən diqqətli və alicənab olmalısınız. Yeni təkliflər aldığınız təqdirdə imtina etməyə tələsməməlisiniz.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı