Bəzəkli, zolaqlı dırnaq dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Bəzəkli, zolaqlı dırnaq dəbi - Fotolar

Bəzəkli, zolaqlı dırnaq dəbi

Dırnaqlarımı boyamaqda çox da istedadlı olmadığıma görə dırnaqlarıma ancaq bir lak çəkməklə kifayətlənirəm. Bu səbəbdən də heç vaxt dırnaq bəzək zolaqlarından istifadə etməmişəm. Son zamanların dəbdə olan dırnaq bəzəkləri o qədər xoşuma gəldi ki, bu barədə yazmaq istədim. Həm də yazaraq bu dəbi mən də sizinlə birlikdə öyrənirəm. Öyrəndikcə də əslində son dərəcə əyləncəli və fərqli olduğunu anlayıram. Bu prosesi şəkillərdə izahlı gördükdə, nə qədər asan olduğu fikri ilə siz də razılaşacaqsınız.

Bu dırnaq bəzəkləri və zolaqları gözəllik məhsulları satılan yerlərdə, həmçinin internetdə də asanlıqla tapılır.

2015-ci ilin trendləri içərisində bu tərz bəzəkləri və dırnaq zolaqları olduqca populyardır. Bunu edərkən diqqət etməyiniz lazım olan nöqtə lentləri çıxarmaq üçün çox tələsməməkdir.

tırnak süsleme teknikleri

Bu zolaqlar dırnaqda təkcə xətlər yaratmaq üçün istifadə edilmir. Tamamilə bir bəzək ünsürü kimi dırnaqlarda istifadə oluna bilər.

tırnak süsleme şeritleri nasıl kullanılır

Qızıl tonları ilə nar çiçəyi rəngində olan bu dizayn fərqlilik axtaranlar üçündür. Fərqli olsa da, çox eleqantdır.

tırnak süsleme şeritleri

Dırnaq bəzək zolaqları ilə nə cür naxış etmək istədiyinizə qərar verdikdən sonra rəngləri öz zövqünüzə görə seçə bilərsiniz.

kendim nasıl tırnak süslerim

Son zamanların dəb cərəyanlarında gümüşü və qızılı tonlarını bu üsulla bir araya gətirə bilərsiniz. Biz sizə bunun bariz bir üsulunu göstərməyə çalışdıq. Mən ilk fürsətdə bunlardan birini tətbiq etməyə çalışacağam. Siz də mənimlə birlikdə dırnaqlarınızı gözəlləşdirməyə çalışsanız, çox sevinirəm. Hamınıza indidən uğurlar!

tırnak süsleme

Oxumağa davam et
Reklam
Reklam

Gündəm