Nüşabə Ələsgərli: “Həyat yoldaşına ehtiyacım olub”
Bizi izləyin

Tabloid.az

Nüşabə Ələsgərli: “Həyat yoldaşına ehtiyacım olub”

Əməkdar artist Nüşabə Ələsgərli ailə həyatından bəhs edib. İlk evliliyi uğursuz olan müğənni, həyat yoldaşına ehtiyacının olduğunu etiraf edib.

Əməkdar artist Nüşabə Ələsgərli ailə həyatından bəhs edib. İlk evliliyi uğursuz olan müğənni, həyat yoldaşına ehtiyacının olduğunu etiraf edib. Tabloid.az xəbər verir ki, bu barədə Nüşabə xanım “Düzünü desək” verilişində danışıb:

"Mən heç vaxt tənha olmamışam. Mehriban ailəm olub. Anam hər zaman yanımda yaşayıb. Nə qədər ki, insanın anası yanındadır, adam özünü həmişə uşaq hiss edir. Onun varlığı mənim üçün bir dünyadır. Anam varsa, mən tənha deyiləm. Anamdan başqa bacılarım və qardaşlarım da var. Biz ailədə 5 uşağıq. Ona görə də, özümü heç vaxt tək hiss etməmişəm. Onlara çox güvənirəm. Şükür Allaha, oğlum və qızım da var. Onlar mənim dostlarımdır. Hər ikisi universitetdə oxuyur. Bir sözlə, bacıma deyə bilmədiklərimi anama demişəm. O, mənim dostum olub. Ancaq insana dərd yoldaşı, həmsöhbət lazımdır. Elə şeylər var ki, anama deyə bilməmişəm. Bunun üçün həyat yolşına ehtiyacım olub"

Əməkdar artist həmçinin sakit həyatı sevmədiyini də etiraf edib: "Səs küyü çox sevirəm. Evim qaranlıq olmur, işıqlarım həmişə yanır ".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm