Tabloid.az
"Qanlı Yanvar" filmi Türkiyə mətbuatında
Türkiyə mətbuatında ötən gün təqdimatı keçirilən “Qanlı Yanvar” filminin təqdimatı haqqında xəbərlər dərc edilib.
ANS PRESS-in məlumatına görə, qaraş ölkə
mətbuatında yer alan xəbərlərdə Vahid Mustafayevin rejissorluğu ilə
ərsəyə gələn 20 Yanvar hadisələrinə həsr edilmiş filmin
möhtəşəmliyindən, yaradıcı heyətin peşəkarlığından və istedadlı
aktyor heyətindən söz açılıb.
Təqdimat mərasimində türkiyəli məşhur aktrisa Nəbahat Çehrə, ABŞ-lı
aktyor Leyn Devislə yanaşı, ziyalı şəxslərin, millət vəkillərinin
də iştirak etdiyi bildirilir.
Filmin təqdimatından sonra jurnalistlərin suallarını cavablandıran
aktrisa Nəbahat Çehrə ana rolunu oynadığı üçün özünü xoşbəxt hiss
etdiyini söyləyib. Ekran əsərinin müəllifi Vahid Mustafayev isə 63
gün içərisində çəkilən filmdə Türkiyə, İran, Rusiya və ABŞ kimi
ölkələrdən aktyor və aktrisalar dəvət edildiyini, hər birinin
vəzifəsinin öhdəsindən layiqincə gəldiyini vurğulayıb.
Qeyd edək ki, "Qanlı Yanvar" filmi ötən gün Nizami kinoteatrında
təqdim edilib. Filmin bir sıra ölkələrdə numayişi və beynəlxalq
festivallarda iştirakı gözlənilir.
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO