Qadınları valeh edən yeni sırğa dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Qadınları valeh edən yeni sırğa dəbi - Fotolar

Alış-verişə çıxmadan öncə təqdim etdiyimiz fotosessiyaya nəzər salın

Bu il qeyri-adilik, rəngarənglik heç olmadığı qədər aktualdır. Fərqli dizaynlar ən çox da aksessuarlarda öz əksini tapacaq. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, 2015-ci ilin əsas sırğa dəbində isə olduqca qeyri-adi bir tərz xanımların ixtiyarına veriləcək. Belə ki, artıq hər iki qulağımıza eyni, bir-birinin əkizi olan sırğaları taxmalı olmayacağıq. Çünki bir-birindən həm rəng, həm də forma baxımından fərqlənən sırğalar dəbə minəcək. Bu sırğaların bəziləri mövzu, ideya baxımından bir-birini tamamlaya bilər, məsələn, bir sırğada ürək, onun tayında isə ox işarəsi ola bilər.

Bu tip sırğalar “Oscar de la Renta”, “Louis Vuitton”, “Nina Ricci” kimi böyük moda evlərinin 2015 yaz-yaz kolleksiyalarında geniş şəkildə yer alıb.

Siz də aksessuar alış-verişinə çıxmadan öncə təqdim etdiyimiz fotosessiyaya nəzər salın ki, ilin dəb trendlərindən kənarda qalmayasız.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm