Tabloid.az
Tək qaş üzüyün tarixcəsi
Nişan üzüyü sadəcə bir bəzək əşyası deyil. Nişan – həyatın ən unudulmaz anlarından biridir, bu anı daha da təsirli edən nişan üzükləridir, xüsusən də tək qaş üzüklərdir…
Saray qadınlarının əvəzolunmaz zinət əşyalarından biri də dəyərli qaşlar olub
Zinət əşyası dedikdə ilk olaraq ağla brilliant gəlir. Rənglilər isə brilliant qaşlarla sintez edilir. Keçmişdə isə hər cür dəyərli qaş zinət əşyalarında istifadə edilirdi, onların uyğunluğundan çox bolluğuna fikir verilirdi. Məsələn Osmanlı saraylarında zinət əşyaları dəbdə idi. Bu gün də biz keçmişdə zinət əşyalarının hansı mənanı verdiyini və necə istifadə edildiyi haqqında danışacağıq.
Statusun simvolu
Ləl-cəvahirat Osmanlı saraylarında təkcə bəzək əşyası deyil, sosial
statusu da göstərən fərqli mənaları olan nəsnələrdir. Topqapı
Sarayında ehtişamı ilə göz qamaşdıran zinət əşyaları, onların
sahibələri haqqında geniş məlumat verir. Xüsusən də 16-cı əsrdən
sonra ləl-cəvahiratlar istər dövlət adamlarının, istərsə də qadın
geyimlərinin əvəz olunmaz atributuna çevrilir.
Ləl-cəvahirat padşahların qüdrətini
göstərərdi
Padşahların taxdığı ləl-cəvahiratlar onun əhəmiyyətini yansıdacaq
şəkildə seçilirdi. Gündəlik istifadədə isə hətta daş-qaşla
bəzədilmiş ayaqqabılara da rast gəlmək olardı. Bundan başqa
padşahlar arasında broş, nişan, yatuq və zümrüd qaşlı üzük taxmaq
ənənəsi də var idi. Taxt və asqılar isə hökmdarlıq əlaməti idi.
Asqılarda daha çox zümrüd qaşlara yer verilirdi. Taxtlar qızıl,
almaz, yaqut, zümrüdlə işlənərdi.
Sultan da tək qaş üzük taxardı
Saray dedikdə təbii ki, dəbdəbəli toyları söyləmədən keçmək olmaz.
İndi qır-qızılı oğlan tərəfi almalıdırsa, əvvəllər qızlar qiymətli
qaşları cehiz kimi apararmışlar. Ləl-cəvahiratlar sultan qızlarının
cehizində önəmli yer tutardı.
Evlənərkən bir padşah qızına bir almaz klon, almaz bilərzik, bir
dəst zümrüd qaşlı sırğa hədiyyə edilər, bir də daş-qaşla bəzədilmiş
ayaqqabı geyindirilərdi. Sultan II Mahmudun qızı Mihrimah sultan
evlənəndə cehizində bahalı və qiymətli daş-qaşla dolu qutular
olubmuş. Sultan Əbdülməcidin qızı Münirə Sultan evlənəndə
cehizindəki çox dəyərli tək qaş brilliant üzük və salxım formalı
zümrüd qaşlı sırğası diqqət çəkmişdi.
Fərqli qaşlar birlikdə
Saray qadınlarını daş-qaşsız təsəvvür edə bilmərik. Osmanlı
qadınları dəyərli qaşları birlikdə istifadə etməyi xoşlayıb: almaz,
zümrüd, yaqut, firuzə, mirvari, sapfir və.s...
XIX əsrdən başlayaraq qadınlar brillianta maraq göstərirlər. Tək qaş brilliantlar, almaz taclar da o dövrün nadir incilərindəndir.
Daş-qaşlar bir çox saray əşyalarını bəzəyib. Quran kitabının saxanıldığı qutu, yastıq qılıfları, daraq, kisə, pul qabı, cib saatı, sürahi, qaşıq, fincan, lampa, çətir və başqa əşyalar bahalı qaşlarla bəzədilib.
Qadınların vaz keçə bilmədiyi aksessuarı və bəxt üzüyü tək qaş üzük necə hazırlanır?
Tək qaş üzük qadınların hamsının arzuladığı aksessuardır. Müxtəlif modellər və qaşlardan ibarət tək qaş üzüyün hazırlanmasına bəzən 4 saat, bəzən isə 1 gün və 1 ay vaxt sərf edilir.
Usta qızılı 32 qram xam qızılı bir kasanın içində 1000 dərəcədə isidir, əriyən qızılı qəlibə çevirir. Soyuyan qızılı turşuya batırılır, sonra xüsusi mişarla iki yer bölünür.
Qızıl sonra odda yumşaldılaraq halqa formasına gətirilir. Halqa halını alan üzüyün hər iki ucu birləşdirilir. Daha sonra qızıl üzük istənilən barmaq ölçüsünə gətirilir. Halqa çəkiclə düzəldilir. Tam hazır olmayan üzük bir neçə kimyəvi maddəyə batırılıb cilalanır. Sonra su ilə təmizlənir və alıcısına təqdim olunur.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı