Tabloid.az
Elza Seyidcahan təyyarədə konsert vermək fikrindən vaz keçməyib
Bəstəkar-müğənni Elza Seyidcahan yaradıcılıq planları haqqında tabloid.az-a eksklüziv açıqlama verib:
"İstanbulda konsert vermək təklifləri alıb. Bundan başqa, bu yaxınlarda “Üşüyorum” adlı mahnım işıq üzü görəcək. 8 martda böyük bir layihə ilə çıxış edəcəyəm. Artıq layihənin fotosessiyası hazırdır. Orada mən tək olmayacağam. Tərəf müqabilim Ehtiram Hüseynov olacaq. Mən Leyli obrazında çıxış edəcəyəm. Ehtiram isə Məcnun olacaq. Bundan başqa, “İnsanlar” adlı mahnıma çəkilən klipimin təqdimatı olacaq. 8 marta hazırladığım layihə Musiqili Dram Teatrının səhnəsində xanımlarımıza hədiyyə olacaq. Eyni zamanda, Bəxtiyar Xanızadə ilə mono tamaşa üzərində işləyirik".
Söhbət əsnasında öyrəndik ki, Elza xanım təyyarədə konsert vermək fikrindən vaz keçməyib:
"Mən təyyarədə konsert verəcəyim barədə söz vermişəm. Bu, ötən il reallaşmadı. Düşünməyin ki, bunun üstündən keçəcəyəm. Bu il həmin layihə gerçəkləşəcək. Mən reklam, gündəm xatirinə danişan insan deyiləm. Bu il təyyarədə konsertim baş tutacaq".
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ