Tabloid.az
“Xəzər TV” üzr istədi: Manatı cıran aparıcılar cəzalandırıldı
“Xəzər TV” rəhbərliyi bu gün efirə gedən “Hər şey daxil” verilişinin aparıcıları, əkiz bacılar Sevil və Sevincin Azərbaycan manatını cırması ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir: "Xəzər televiziyası 2007-ci ildə “Ailənizin Xəzəri” devizi altında yayım fəaliyyətinə başlayıb. Fəaliyyətə başladığı qısa müddət ərzində böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Hər zaman milli-mənəvi dəyərlərin qorunması və təbliği, soy-kökə bağlılıq, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə əsas məqsədimizdir. Bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində arzuolunmaz hal baş verib.
Belə ki, aparıcı ifa etdiyi “Borc ver” mahnısının təsirində olaraq ifasını səhnələşdirmək istəyib və bu zaman qeyri-ixtiyari olaraq milli valyutamız olan manatı cırıb. Məsələ ilə bağlı Xəzər televiziyası rəhbərliyi dərhal toplantı keçirib və bu addım qətiyyətlə pislənilib. Aparıcı Sevinc Səfərova, rejissor Sevinc Məmmədova cəzalandırılıblar. Baş verən hadisəyə görə üzr istəyirik”.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı