Tabloid.az
Günay İbrahimlinin cazibədarlıq sirri nədədir? - Fotolar
Emosional xarakteri geyim stilində də öz sözünü deyir. O, həm uzun, həm də mini paltarlar geyinməyi xoşlayır. Geyimdə özünə sərhədlər qoymayan gözəllərdəndir. Dekolte seçimləri isə müxtəlif olur. Bədəninin gözəlliyinə etibar etdiyi üçün gah sinə, gah kürək, gah da ayaq delkoltesi ilə diqqət çəkməyə çalışır. Bir çox müğənnilər kimi o da hündürdaban ayaqqabılardan vaz keçə bilmir. Vizual olaraq boyunu və ayaqlarını uzun göstərmək bilmək üçün dəb hiylələrini uğurla tətbiq edir. Tabloid.az-ın “Qarderob” layihəsi çərçivəsində gənc müğənni Günay İbrahimlinin stillərini təhlil edəcəyəm.
Dəb hər saniyə dəyişdiyi kimi Günay İbrahimlinin stili də onunla birlikdə dəyişir. Çıxan son trendin birini də buraxmır. Bu mənada G.İbrahimlinin dəbi yaxından təqib etdiyini deyə bilərik. Modapərəst xanımın tərzi gənc qızların ilham mənbəyi olmağa iddialıdır. Lakin o, trendlərə kor-koranə əməl etmir. Gözəlliyini ön plana çıxaran, qüsurlarını örtən paltarları ustalıqla seçir. Son zamanlar bir qədər kökəlsə də, qısa donları uğurla daşıyır.
Ulduzun dəvətlərə gedərkən seçdiyi geyimlərdə, aksessuar və makiyajında qüsur tapmaq mümkün deyil. Müxtəlif tədbirlədə təmtərağa üstünlük verən ulduz doğru kombinləri ilə gecənin seçilən qadını olmağı bacarır. Özünə yaraşan qiyafə və aksessuarı tapmağı bacaran, hər zaman zərif və gözəl görünən ulduz hətta digər ulduzlarının qısqanclıq obyekti olur.
Krujevalı, yarıqlı və fərqli kəsimləri ilə diqqətçəkən uzun qiyafələri həqiqətən ulduzun üzərində əla qalır. Geyinməkdən çəkindiyi rəng yoxdur. Ancaq tünd rəngləri daha çox sevir. Zoğalı və tünd yaşıl rəng ona çox yaraşır. Bu rəngli paltarda daha zərif görünür. Qara rəng Günayın cazibəsini xüsusi ilə vurğulayır. Məncə, qara onun rəngidir. Lakin o, bu rəng üzərində dayanmamağı və başqa rəngləri də sınaqdan keçirməri xoşlayır. Hər paltarda, hər stildə zövqünü məharətlə nümayiş etdirən Günay gözəl gülüşü və bəyaz dişləri ilə də heyran kütləsini artırır.
Qara və ağ rəngi sevdiyini deyən ulduz açıq və krem rəngində olan geyimlərə də müraciət edir. Bu rənglər tünd rəngli dərisi ilə möhtəşəm görünür.
“Qarderobumda brend markalardan aldığım geyimlərim də var, demokratik qiymətləri ilə üslubuma uyğun olan brendlərin malları da. Ən bahalı geyimim isə 8 min manata olub. Əsas insan öz stilini tapmalıdır. Artıq öz stilimi tapmışam. Əvvəl nəinki geyimdə, mahnı seçimində də çətinlik çəkidrdim. İnsan özünə rahat olan geyimi geyinməlidir. Həm də dəyişiklik etməyi sevirəm. Çox tez bezənəm. Fərqliliyi çox xoşlayıram. Alış-verilişi çox vaxt xaricdə olarkən edirəm. Amma ürəyimə düşəndə Bakıdakı dükanlardan təzə mal alıram.
Paltarlarını auskiona çıxardıb satmaq fikrim hələ ki, yoxdur. Gələcəkdə ola bilər. Qarderobumda elə paltarlar var ki, onları cəmi 1 dəfə geyinmişəm. Öz özümə deyirəm ki, burda qalınca bəlkə onları kimlərsə geyinər. İndi onları satışa çıxarmaq fikrim yoxdur”.
Maksi paltarlara geyindikdə isə dekolte və yarıqların bol olmasına diqqət edir. Nə geyinməsindən asılı olmayaraq, möhtəşəm görünməyi bacarır.
Günay İbrahimli təmtərağı və dəbdəbəni gündəlik həyatda da tətbiq etməyi xoşlayır. Baletkalarda və idman stilindəki ayaqqabılarda özünü daha rahat hiss edir. Onu da vurğulayım ki, son dərəcə trend geyimləri seçsə də, olduqca dəbli görünür.
Hansı tərzdə və rəngdə olmasından asılı olmayaraq, Günay hər üslubu özünə yaraşdıra və özününküləşdirə bilir. Bunu isə aksessuarların sayəsində edir. Böyük kolyelər, üzüklər və sırğalar adi geyimi belə darıxdırıcı olmaqdan xilas edir. Özünəməxsus tərzi ilə həmişə diqqət mərkəzində olan ifaçı aksessuarları ilə də dəb tendensiyası yaradır.
Günayın səhnə geyimləri isə qalmaqalla yadda qalıb. Xarici ulduzlardan ilhamlanan Günay Beyons, Cenifer Lopez, Rihanna və digərlərini özünə nümunə götürmüşdü. Lakin bu addımı tənqidə məruz qalır. İdeya parlaq olsa da, bu model onun əynində həqiqətən də yaxşı görünmürdü.
Səhnə geyiminin tənqid ilə bağlı açıqlamasında tənqid olunacağını bilirdirmişdi: “Tamaşaçı məni bu cür geyimdə görməmişdi. Geyimlərim açıq olsa da, vulqar deyildi. Xaricdən açıq-saçıq geyimdə gələnləri elə hörmətlə qarşılayırlar ki... Amma öz müğənnilərimiz açıq-saçıq geyinəndə söz-söhbət baş alıb gedir. Abırlı geyinən elə adamlar tanıyıram ki, min hoqqalardan çıxırlar. Gərək mən də onlar kimi pozğun olam? Adama geyimə görə qiymət verməzlər. Geyimlərimdən çox razıyam, peşman deyiləm, konsert gözlədiyimdən də yaxşı keçdi.
Buna görə evdəkilər də çox danışdılar, amma söylədim ki, mən sənət adamıyam”.
Makiyajı isə geyimləri qədər ürəkaçan deyil. Geyimlərini yaşına uyğun seçsə də, həddindən artıq çox makiyaj etdiyi üçün olduğundan yaşlı görünür. Adətən tünd rəngli dodaq boyalarından istifadə edir. Makiyajsız görünməyi sevməyən ulduz demək olar ki, bütün fəsillərdə eynəyini gözündən çıxarmır. Stil ikonası olmaqda iddialı olan xanımın yeganə qüsuru da çox makiyaj etməyi sevməsidir. Makiyajı çox gözəl və səliqəli edilsə də, yaşını uyğun deyil. Məncə, gənc üzünü və dərisini kosmetikanın hücumuna məruz qoymamalıdır.
Saçlarındakı eksperimentlər isə uğurlu alınır. Eyni saç stilində gəzməkdən sıxılan ulduz onu tez-tez dəyişdirir. Hətta dünən qısa saçlarda qarşımıza çıxan ulduzu bu gün uzun saçlarda və başqa saç rəngində görə bilərik.
Xüsusilə də qəhvəyi rəngli saçlarının kölgələrlə oynamasını çox sevir. Saçlara vurulan kölgələr onun görünüşünə seksuallıq bəxş edir. Günay kimi gözəl saçlara sahib olmaq istəyənlər kölgələrə müraciət edə bilərlər. Ancaq bu zaman çox diqqətli olmaq lazımdır. Çünki yanlış rəngdə seçilmiş saç kölgəsi əks effekt verə bilər.
G. İbrahimli saçını tez-tez kəsdirməsini belə izah edir: “Depressiyada olarkən saçımı həm kəsdirdiyim, həm də uzatdığım vaxtlarım olub. Bunlar keçmişdə qalıb. Amma yəqin bütün xanım oxucularınız da mənimlə razılaşar ki, xanımlar gözəllik salonuna getməyi və dəyişikliyi xoşlayır. Mən də göz önündə olduğum üçün tez-tez saçlarımda dəyişiklik edirəm. Bununla da tamaşaçılar adamı eyni formada görməkdən yorulmurlar. Müğənni hər zaman yenilik etməlidir. Necə ki, yeni mahnılar, kliplər, konsertlər edirik, eləcə də xarici görünüşümüzdə dəyişiklik etmək mütləqdir.”
Tabloid.az Günayın stilini əks etdirən fotoları təqdim edir:
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO