Tabloid.az
Saçların rəngini təbii vasitələrlə dəyişdirin
Ümumiyyətlə, saçları yalnız gözəllik salonlarında rəngləmək tövsiyə olunur. Yadda saxlamaq lazımdır ki, nazik saçlar qalın saçlardan pis rənglənir, çünki nazik saçlar tez qırılır.
Ev şəraitində saçları yüngülcə rəngləmək, ya da daha parlaq çalar vermək istədikdə başı adi çobanyastığı, ya da mollabaşı dəmləməsi ilə yaxalamaq lazımdır. Bunun üçün 2 ovuc quru çobanyastığının üstünə yarım stəkan su töküb qaynadır və 20 dəqiqə qapağını açmadan saxlayırlar.
Saçlara sarışın rəng vermək üçün onlara hər gün (istədiyin rəng alınana qədər) soğan qabığının dəmləməsini sürtmək lazımdır. Bir ovuc soğan qabığını 1 qab suda 10-20 dəqiqə qaynadır,soyudub içinə 1 xörək qaşığı qliserin əlavə edirlər.
Saçları xüsusi şampunla açıq rəngə salmaq olar. Bu məqsədlə ən çox hidrogen-peroksiddən istifadə olunur. Lakin yadda saxlamaq lazımdır ki, ağardıcı vasitələrdən saçlar get-gedə korlanır.
Açıq rəngli saçlara daha təbii rəng vermək üçün onları cəfəri kökünün suyunda yaxalayırlar. Bunun üçün 2 böyük cəfəri kökü 1 l suda 20 dəqiqə qaynadılır.
Saçların ağarmasının qarşısını almaq, ya da onu müalicə etmək olarmı? Uzun müddət və çoxlu vitamin qəbul etməklə saçların ağarmasını müalicə etmək təşəbbüsü göstərilmişdir, lakin bu, heç bir nəticə verməmişdir.
Ona görə də hələ ki, saçları rəngləmək,onlara açıq rəng vermək və ya rəngsizləşdirmək kimi üsullara əl atmaq lazım gəlir. Bunun üçün bitki mənşəli vasitələrdən: rəvənd kökü, soğan qabığı və palıd qabığı məsləhət görülür.
Saçı uzun müddət və tünd rənglərlə rənglədikdə onların ağarmasını yaxşı gizlətmək mümkün olur. Lakin yadda saxlamaq lazımdır ki, ancaq tam sağlam saçları kimyəvi vasitələrlə rəngləmək olar.
İndi ombre saçlar dəbdə olduğu bir qədər bu haqda da məlumat verək. Öncə bilməyənlər üçün ombre saç haqda bir az məlumat vermək istəyirəm. Ombre saç - fransızcadan tərcümədə "kölgə vermək" mənasını verir. Üst qisimləri tünd, uclara doğru daha açıq saç rəngidir.
Çobanyastığı suyu kimi saç rəngini açan təbii məhsullar saç uclarının rənginin daha qısa müddətdə açılmasına kömək edə bilər. Bəs bunu necə etmək olar? Çobanyastığını dəmləyib sprey şüşəsinə tökərək saç uclarına vurmaqla bunu əldə edə bilərsiniz. Saç uclarının günəş və boya səbəbiylə çox qurumaması və qırılmaması üçün zeytun yağı ilə nizamlı olaraq qulluq etməlisiniz.
Ombrenin də növləri var. Uzun saçlar üçün olanlardan ən gözəli sarı, bal rəngi və kül rəngidir. Qısa saçlar üçün isə əsasən qırmızı tonlardan çox isifadə edilir. Təbii ki, kim hansı rəngdə istəsə və ən əsası hansı rəng üz cizgilərinə yaraşarsa, həmin rəngdən istifadə etməsi daha gözəldir. Bunu evdə özünüz də edə bilərsiniz, amma bunun üçün boyalar və hansı rənglərin bir-biri ilə daha yaxşı uyğunlaşması haqqında təcrübəniz olmalıdır. Əks halda istədiyiniz nəticəni əldə edə bilməzsiniz. Rənginə və nə qədər tətbiq etməniz lazım olduğuna qərar verə bilmirsinizsə və ya saçınızı daha əvvəl evdə heç boyamamısınızsa, ən etibarlı yol bu işi yaxşı bilən bir ustanın öhdəsinə buraxmaqdır.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO