Tabloid.az
Türkiyənin ən yaraşıqlı kişisi “Victoria secret” mələyi ilə - Fotolar
“Şərəf məsələsi” adlı serialda canlandırdığı Yiğit obrazı ilə pərəstişkarlarının sayını daha da artıran yaraşıqlı aktyor Kərəm Bürsin “Elle” jurnalı üçün fotokamera qarşısına keçib.
Kərəm Bürsin “Victoria’s Secret”in ən gözəl mələklərindən olan cazibədar model Frida Aasen ilə bir-birindən iddialı pozalar verib.
Jurnala maraqlı açıqlamalar verən yaraşıqlı aktyor bu qədər populyarlaşmasının onu təəccübləndirdiyini bildirib.
“Mən 10 il xəyal qurdum. Tək istədiyim aktyor olub, özümü dolandıra biləcək qədər pul qazanmaq və ailə qurmaq idi. Amma bir jurnalın üz qabığına çıxmaq ağlımın ucundan belə keçmirdi”.
Kərəm Bürsin eşq adamı olduğunu, romantikliyə çox önəm verdiyini də qeyd edib:
“Mən tam bir eşq adamıyam. İlk dəfə 7 yaşımda aşiq olmuşam. İstədiyim qızı restorana aparmaq istəyirdim. Axırda qızın anası anama zəng edib dedi ki, “oğlun dəli olub? 7 yaşında uşaqların restoranda nə işləri var, hamburger yesinlər". Həmişə romantik olmuşam. Yəqin ki, bu evdə gördüyüm nümunədən qaynaqlanır. Həmişə anamla atamdan nümunə götürmüşəm. Amma indi Türkiyədə yaşayıram və babamla nənəmi daha çox görürəm. Onların da eşqləri nağıllardakı kimidir. 60 ildir birlikdədirlər, amma hələ də bir-birlərini dəli kimi sevirlər. Birlikdə kinoya, operaya gedirlər. Mən də onlar kimi gözəl bir ailə qurmaq istəyirəm”.
Tabloid.az
-
Sosial06:16
Daha bir dələduzluq növü: “20 manat ödəniş edirsiniz, sonra isə 3 aylıq..."
-
Sosial02:43
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR
-
İdman02:19
Klublararası DÇ-də səbətlər bəlli oldu: Püşk bu sistemlə atılacaq – FOTO
-
Qoroskop01:15
Günün qoroskopu: bunu etməsəniz, hər şey yaxşı olacaq
-
Avropa00:55
Fransanın Baş naziri istefa verdi
-
Hadisə00:15
Bakı metrosunda baş verənlərə görə bu gün xüsusi iclas olacaq - RƏSMİ
-
MDB4 Dekabr 23:25
Rusiyadan Paşinyanın KTMT ilə bağlı bəyanatına CAVAB
-
İdman4 Dekabr 22:30
Bekhemin oğlu yeni sevgilisi ilə FOTOsunu paylaşdı: Onun üçün döymə də etdirib