Tabloid.az
Uzun jaketləri necə geyinməli? - Fotolar
Bu mövsüm bohem stilinin aktuallaşması ilə birlikdə uzun jaketlər də gündəmə gəldi.
Qışın əsas dəbindən birinə çevrilən uzun jaketləri düzgün kombine etmək çox önəmlidir. Əslində bu elə də çətin deyil, çünki uzun jaketlər don, ətək, şalvar və lasinlərlə çox gözəl görünür.
Miranda Kerr, Cessika Alba və Kendis Sveynpol kimi ulduzların da üzərində tez-tez gördüyümüz uzun jaketlərlə siz də öz stilinizi vurğulaya bilərsiniz.
Şalvar
Əgər hava çox soyuqdursa, uzun jaketinizi şalvarla kombinləməlisiniz. Seçdiyiniz şalvarın yüksək bel olmasına diqqət edin. Köynəyinizi şalvarın içərisinə salın. Altdan mayka geyinmisinizsə, köynəyin ətəklərini göbəyinizin üzərində düyünləyə də bilərsiniz. Top da geyinə bilərsiniz. Diqqət etməli olduğunuz digər nüans da çəkmələrlə bağlıdır. Belə ki, uzun jaketi şalvarla birlikdə geyindikdə uzun çəkmələrdən uzaq durmalısınız.
Ətək
Mini ya da midi ətəkləri uzun jaketlə geyindikdə çox şıq görünəcəksiniz. Jaketi midi ətəklə geyinəcəksinizsə, ətəyin jaketdən uzun olmamasına diqqət edin.
Kombininizi babet və ya əsgər çəkmələri ilə tamamlayın.
Don
Sadəcə mini donları jaketlə birlikdə geyinməyiniz məsləhətdir. Soyuq günlərdə mini paltar geyinə bilməyənlər, uzun jaketlər sayəsində bu problemdən xilas olacaqlar. Bu zaman da ayaqqabıda babet, uzun çəkmə və ya yağış çəkmələrinə üstünlük verin.
Aksesuar seçərkən diqqətli olun
Sadə aksessuarlara üstünlük verin. Kiçik bir inci sırğa, zərif bir boyunbağı ya da saat kifayət edəcək.
Tabloid.az
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO