Tabloid.az
Qara nöqtələr və onlardan xilas yolları
Sızanaq xüsusilə də yetkinlik dövründəki gənclərin qarşılaşdığı problemlərdən biridir. Dəri problemlərindən biri olan sızanaq gənclərin qorxulu yuxusudur. Ən çox da yanaq, burun, alın və sinədə çıxır. Həkimlər qara nöqtələrin sızanağın xəbərçisi olduğunu deyir.
Dərinizdə və üzünüzdə qara nöqtələr və sızanaqlar var və siz bunları dırnaqla sıxaraq bu problemdən xilas olmağı düşünürsünüzsə böyük bir səhv etdiyinizdən xəbəriniz yoxdur. Sizə asanca bu qara nöqtələrdən xilas olmağın müəyyən yollarını söyləyək köməklik etməyə çalışacağıq.
Dermatoloqlar qara nöqtələrin dərinin altında yaranan yağ və çirkin nəticəsində olduğunu, dəri təmizliyi ilə bu problemin həll ola biləcəyini deyirlər. Qara nöqtələrin mütləq təmizlənməsi lazımdır. Çünki qara nöqtələr daha sonra meydana gələcək sızanağın əlamətidir. Yəni qara nöqtə yoxdursa sızanaq da yoxdur deyirlər. Xüsusilə sızanağın meydana gəlməsinin qarşısını almaq üçün tonik köməyi ilə gündəlik təmizlənməsi lazımdır. Qara nöqtələr əsla dırnaqla sıxılmamalıdır. Dərilərində qara nöqtəsi olan gənclərin üzlərini on dəqiqə dəsmal altında buxara verilməsinin faydası var.
Buxardan sonra qara nöqtələrin əl dəymədən qulaq təmizləyici çöpün köməyi ilə təmizlənməsi yaxşı olar. Sızanaqlar dərinin yağlanması nəticəsində əmələ gələn bir xəstəlikdir. Yağların dəriyə yayılan kanalları dolduğunda sızanaqlar əmələ gələr. Dəridəki məsamələrin tutulması, sızanaq meydana gəlməsinin ilk mərhələsidir. Bu mərhələdən sonra məsamələr genişləyərək qara nöqtələri yaradır, Dəriyə çirk, sabun və makiyaj artıqları, yağ və ölü hüceyrələr yığılaraq sızanağı əmələ gətirir.
Qara nöqtəli dərilərdə pH tarazlığı pozulduğuna görə mütləq dəriyə ən uyğun olan pH 5,5 təmizləyicilərin istifadə edilməsi lazımdır.
Sabun şəklindəki olan təmizləyicilər, qara nöqtələri artırır.
Qaşınan və ya möhkəmlənən sızanaqlar dəridə qalıcı izlər buraxa bilər.
Üzündə qara nöqtə olan kişilər üzlərini qırxarkən lezva yerinə elektrikli üzqırxandan istifadə etməlidir.
Qara nöqtəli dəriyə üz yuyulduqdan sonra nəmləndirici qətiliklə vurulmamalıdır.
Qara nöqtələrdən qurtulmaq üçün maskalar:
Bir çay qaşığı ağ gilə 1 çay qaşığı limon şirəsi və isti su qatın. İnqrediyentləri xama şəklinə gələnə qədər qarışdırıb sonra üzünüzə çakin. Üzərinə nəm cuna yerləşdirin. 10 dəqiqə saxladiqdan sonra yuyun.
1,5 xörək qaşığı gil, 1 xörək qaşığı badam yağı və bir qaşıq balı qarışdırıb üzünüzə çəkin və 35-40 dəqiqə gözləyin. Sonra soyuq suyla yuyun.
Bir xörək qaşığı qarğadalı unu və eyni miqdarda qatiğı krem halına gələnə qədər qarışdırın. Göz və dodaq ətrafı istisna olmaqla bütün üzünüzə yuvarlaq hərəkətlərlə yedirin. Quruması üçün 15 dəqiqə gözləyin. Sonra azca isladılmış pambıqla təmizləyib, birinci ilıq, sonra isə soyuq suyla yuyun.
Soda ilə duzu qarişdırıb azca su elavə edib pambigla qara nöqtələr olan yeri silsəniz kömək edər. Amma bunu həftədə bir dəfədən artiq etmək məsləhət deyil.
Bir yumurtanın sarısına 2 çay qaşığı şəkər tozu və 2 çay qaşığı aloe suyu töküb mikserlə yaxşıca qarışdırın. Sonra maskanın yarısını üzünüzə çəkin, quruyana kimi saxlayın. Quruduqdan sonra qalan hissəsini də çəkib yuyun.
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO