Yaxası açıq köynəklər dəbdədir - Fotolar
Bizi izləyin

Tabloid.az

Yaxası açıq köynəklər dəbdədir - Fotolar

Yaxası açıq köynəklər dəbdədir

2015-ci ilin ən cəlbedici dəb cərəyanlarından biri də yaxası açıq köynəklərdir. Son bir neçə mövsümdür ki, boğazımıza qədər düymələnmiş köynəklər dəbdə idi. İndi isə tam əks tendensiya yaranıb. 1970-ci illərdən ilham alan dəb dünyası bu il köynəklərin düymələrinin yarıya qədər açıq qalmasının tərəfdarıdır. Ən az 2-3 düymə açıq qalmalıdır. İlk olaraq podiumlarda gözə dəyən bu dəb qısa zamanda küçə dəbinə də sirayət edib. Eyni zamanda, stil ikonalarının və dəb bloqqerlərinin bu dəbə əməl etdiyini müşahidə edirik.

Köynək kişi tərzini ifadə etsə də, qadınların cazibədarlığını inanılmaz dərəcədə vurğulayır. Lakin bu trendə kiçik sinəli və zəif xanımların əməl etməsi daha doğru olar. Gecə çıxarkən, həftə sonları, ya da işdən sonra görüşə tələsəndə bir neçə düyməni açıq qoyaraq fransız qadınlarının stillərini kölgədə qoyun...

Boyundan asılan uzun incə bir boyunbağı ilə bu stilin incə şəhvətini artıra bilərsiniz. Hündür bel şalvarlar, qələm ətəklər, qısa şort və cins şalvarlar düymələri açıq köynəklərlə çox yaraşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm