Tabloid.az
Rejissoru Natəvan Həbibidən üzr istəməyə nə məcbur elədi?
Rejissor Zorik (Zöhrab Ağayev) Natəvan Həbibidən üzr istəyib. Tabloid az xəbər verir ki, o, müğənniyə "erməni" dediyi üçün ondan üzr istəməli olub.
Xatırladaq ki, 1 il əvvəl prodüsser Tolik (Tarix Əliyev), xalq artisti Aygün Kazımova və rejissor Zorik (Zöhrab Ağayev) N.Həbibinin ünvanına ağır ifadələr işlətmişdilər. Onlar ifaçını "erməni" adlandırmışdılar. Bundan bərk qəzəblənən N.Həbibi isə ünvanına ağır ifadə işlədənləri Xəzər Rayon Məhkəməsinə vermiş və öz xeyrinə qərar çıxarılmasına nail olmuşdu.
Məhkəmə hökmünə əsasən, Tolik, Aygün Kazımova və Zorik ondan üzr istəməli idilər. Amma Toliklə A.Kazımova məhkəmə qərarı ilə razılaşmayaraq yuxarı instansiyalara müraciət ediblər. Zorik isə daha artıq müqavimət göstərməyərək işltdiyi ifadəyə görə xanım müğənnidən üzr istəyib. Lakin üzr etmək üçün seçdiyi ifadələrdən onun bunu məhkəmə qərarını yerinə yetirmək xatirinə yazdığını anlamaq çətin deyil:
“Məhkəmə araşdırması zamanı məlum oldu ki, Həbibova Natəvan Şamil
qızı soykökü baxımından azərbaycanlıdır. Onun milliyətcə erməni
olması bartədə tərəfimdən yayılmış məlumatlar yanlışdır. Şəxsin
soykökü ilə bağlı yanlış məlumata və ona qarşı işlətdiyim
təhqiramiz ifadələrimə görə Natəvan xanım Şamil qızından üzr
istəyirəm. Mən məhkəmənin qərarı ilə razıyam. Onu da deyim ki, bu
məhkəmənin ilkin qərarıdır. Bu qərarla tam razılaşdım. Nə
Apellyasiya, nə də Ali Məhkəməyə müraciət etmədim. Axı düşmənçilik
etmək nəyə lazımdır? Mən Natəvanla duz-çörək kəsmişəm, dost
olmuşam. Allah şeytana lənət eləsin. Aygün Kazımova ilə Tolik
məhkəmənin qərarı ilə razılaşmayıblar. Apellyasiya və Ali Məhkəməyə
müraciət ediblər. Bu onların şəxsi işidir, qarışa bilmərəm.
Düşünürəm ki, bu dövlətin vətəndaşıyıqsa, ölkə qanunları ilə
hesablaşmalı və razılaşmalıyıq”.
Rejissorun Natəvanın ünvanına 1 il əvvəl yazdığı xoşagəlməz
ifadələr isə daha səmimi görünür:
“Natəvan Həbibi, mən Zöhrab Ağayev söylədiyim hər sözümün üstündə
dururam. Məhkəmədə də hər şeyi sənin üzünə deyəcəyəm. Məhkəmədə
açılacaq sandıq, töküləcək pambıq yox, pambıqlar. Sənə heç sehirli
xalatın belə kömək etməyəcək. Şokdayam, Türkmənistandan gələsən,
mənim ölkəmdə ailənlə birlikdə 14 ildən çox qeydiyyatsız yaşayasan…
Nəsli bilinməyən Akopyan! Bu gün məni, ölkənin baş prodüseri Toliki
və xalq artisti Aygün Kazımovanı məhkəməyə verirsən. Bu artıq
qudurğanlıqdır. Çox maraqlıdır, kimdir Natəvanın arxasında dayanan,
ona dəstək olan?! Mən bütün arxivi qaldıracağam. Onunla 7 il
işləmişəm, amma bir dəfə də görməmişəm ki, dövlətə vergi ödəsin.
Akopyan, bütün bunların cavabını verəcəksən. 14 il ailənlə birlikdə
ölkəmdə qeydiyyatsız yaşamısınız. Yaxşı ki, hüquq-mühafizə
orqanları var. Natəvan, sən Aşqabad batan kimi batdın!”
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ