Tabloid.az
YUĞ Teatrında müsabiqə
YUĞ Dövlət Teatrında Xocalı soyqırımına həsr olunmuş
“Mən Azərbaycanlıyam” adlı bədii qiraət müsabiqəsi keçirilib
.
Publika.az-ın məlumatına görə, müsabiqə boyu iştirakçılar müxtəlif şeirlər səsləndiriblər. Şagirdlərin bacarığını YUĞ Dövlət Teatrının sənətçiləri Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Yaqut Paşazadə, aktrisalar Təranə Ocaqverdiyeva, Zümrüd Qasımova, rejissor Ərtoğrul Kamalov və ADMİU-nun tələbəsi Əbdül Məcidlidən ibarət münsiflər heyəti qiymətləndirib.
Xocalı soyqırımına həsr olunmuş müsabiqənin 3 ən yaxşı
qiraətçisi aşağıdaki kimi müəyyən olunub. 1-ci yer Əliyeva Günəş -
M.Araz " Məndən ötdü " 2-ci yer İsayeva Röya - B.Vahabzadə "Ana
dilim " 3-cü yer Atakişiyeva Leylaxanım - Ə.Ziyatay " Azərbaycanım
mənim " Qaliblər diplom və dəyərli hədiyyələrlə
mükafatlandırılıblar. Onu da qeyd edək ki Xocalı faciəsinə həsr
olunmuş "Mən Azərbaycanlıyam" müsabiqəsi silsilə xarakteri daşıyan
layihənin növbəti mərhələsidir. Müsabiqənin final mərhələsi isə Ulu
Öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçiriləcək.
Cəvahir Səlimqızı
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək