Hadisə
78 yaşlı atanın qətlinin TƏFƏRRÜATI (YENİLƏNİB)
Zaqatalanın Əliabad qəsəbəsində 78 yaşlı Kərim Əmranovun oğlu Zahir İmranov tərəfindən öldürülməsinin təfərrüatı bəlli olub.
Kənd sakinlərin Publika.az-a verdiyi məlumata görə, ata ilə oğul arasında uzun müddətdir münasibətlər gərgin olub. Həm də Zahir ruhi xəstədir:
“Xəstəxanada müalicə almasa da, onun ruhi problemlərinin olduğunu hamı bilir. Kərim Əmranovun 5 oğlu, 3 qızı var. Digər uşaqları evli idi. O, oğlu Zahir və boşanmış qızı ilə birlikdə qalırdı. Kərim kişi uşaqları ilə yola getmirdi. Aralarında həmişə münaqişə olurdu. Hətta 2006-cı ildə uşaqları ilə yola getməyib, dava saldığına görə ona 1 il iş vermişdilər. Onların ailəsində hərə özü üçün yaşayırdı. Ata istəyirdi ki, hər şey onun istədiyi kimi olsun. Axırıncı hadisədə də ata oğlu Zahiri evdən çıxarmaq istəyib, ondan tikdirdiyi digər evdə yaşamasını istəyib. Nəticədə belə bir hadisə yaşanıb”.
Sakinlərin sözlərinə görə, qətl dünən səhər saat 11 radələrində baş verib. Kərim Əmranovun qızı anasının qəbrini ziyarətə gedibmiş. Hadisə törədilən zaman ata və oğlu evdə tək olublar.
***
09.22
Zaqatalada qətl hadisəsi baş verib.
Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə iyunun 23-də rayonun Əliabad qəsəbəsində baş verib.
Rayonun Əliabad qəsəbə sakini, 1938-ci il təvəllüdlü Kərim Məhərrəm oğlu İmranovla birgə yaşadığı oğlu, 1965-ci il təvəllüdlü Zahir arasında mübahisə yaranıb.
Mübahisə daha sonra qızışaraq davaya çevrilib. Öncə 78 yaşlı ata oğluna balta ilə bir neçə zərbə vurub. Daha sonra oğul baltanı atasından alaraq onun baş nahiyəsinin arxa hissəsinə vuraraq qətlə yetirib.
Z. İmranov tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, ata oğlunu evdən çıxarmaq istəyib. Onların arasında mübahisə də elə bu səbəbdən baş verib. Məlumata bildirilir ki, Z. İmranov əsəb xəstəliyindən əziyyət çəkir.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Gülxar
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO