İdman
Prosineçki ilə müqavilə imzalanacaqmı? – Rəsmi
Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərdən biri olan xorvatiyalı Robert Prosineçki Bakıya gəlməsi barədə məlumat vermişdik.
Prosineçki bu gün Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində “Dalğa Arena”da baş tutacaq “böyük-oyun”u – “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını izləyəcək.(http://publika.az/site/p/52898)
Prosineçki bir neçə gün Bakıda qalacaq. Bu barədə Publika.az-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Qurumun rəsmisinin bildirdiyinə görə, onunla danışıqların ilk hissəsi başa çatıb.
Prosineçkinin Bakıya gəlməkdə əsas məqsədi Azərbaycan futbol infrastrukturu və futbolçuları ilə yaxından tanış olmaqdır.
Xorvatiyalı mütəxəssis “Böyük oyun”a Elxan Məmmədovla birlikdə baxacaq. Təcrübəli məşqçinin AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşü planlaşdırılmır.
Prosineçki bir neçə gün infrastrukturla tanış olduqdan sonra öz qərarını açıqlayacaq. Əgər Prosineçki müsbət cavab verərsə, onun namizədliyi AFFA icraiyyə komitəsinə təqdim ediləcək. İcraiyyə Komitəsi təsdiqləyərsə, o, millinin baş məşqçisi olacaq.
Aygün İlqarqızı
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər