Əsgərlər qızı zorlamaq istədi, amma... – FOTOLAR/VİDEO
Bizi izləyin

Anar təqdim edir

Əsgərlər qızı zorlamaq istədi, amma... – FOTOLAR/VİDEO

1961-ci ildə ekranlara çıxan “Zolaqlıların səfəri” filmi həmin il izlənmə sayına, tamaşaçı marağına görə rekord vurdu. Rejissor Vladimir Fetinin ekran əsərini həmin il 45,8 milyon insan izlədi. Komik janrda çəkilmiş filmin diqqət cəlb etməsinə əsas səbəb burdakı heyvanlar – pələnglər, şir, meymun və onlardan qorxub qaçan insanlar idi. Filmin özü, aktyor heyəti kimi onun yaranma tarixi də maraqlıdır. Məsələ burasındadır ki, sirkdə Marqarita Nazarovanın pələnglərlə və şirlərlə çox mehriban davrandığını, yırtıcıların bu gözəl qadının əmrlərinə tabe olmaları kino xadimlərini heyrətləndirmiş, onlar ssenari yazaraq Marqaritanın iştirakı ilə maraqlı film çəkmək qərarına gəlmişdilər. Doğrudan da belə bir film çəkildi. Lakin çoxları hələ də bilmir ki, filmin əsas qəhrəmanlarından olan, heyvanları özünə ram edən bu qadının həyatı necə məşəqqətli, faciəli olub.

Publika.az Marqarita Nazarovanın həyatı ilə bağlı maraqlı faktları təqdim edir:

“Pələnglərin şahı” adlandırılan Marqarita Nazarovanın həyatı Böyük Vətən Müharibəsi illərində dəyişdi. Onun 15 yaşı olanda atası cəbhəyə yollandı. Ailə bundan sonra Pavlovsk şəhərinə köçdü. Burada isə Marqarita almanlara əsir düşdü. Marqarita alman dilində yaxşı bilirdi. Buna görə faşistlər onu Almaniyaya göndərdilər. O, buradakı kabaredə işləməyə başladı.

1945-ci ilin aprelindı sovet əsgərləri qızın çıxış etdiyi zala daxil olaraq “Olmaya biz faşist fahişələrinin olduğu yerə düşmüşük?” – deyə qışqırdılar. Sovet əsgərləri alman qızlarını zorlamaq niyyətində idi. Elə bu zaman Marqarita qışqırdı: “Uşaqlar, mən rusam”. 1945-ci ilin yayında onu vətənə qaytardılar.

O, Latviyadakı sirkdə işləməyə başladı. Marqarita burada gələcək əri Konstantin Konstantinovla tanış oldu. Cütlük bir yerdə çıxış etməyə başladı və tezliklə ailə qurdular. Xoşbəxt ailənin Aleksey adlı övladı dünyaya gəldi.

Marqaritanın sirkdə yırtıcılarla davranışları rejissorların diqqətini cəlb etdi. Onu “Pələnglərin təlimçisi” filminə baş rola çəkdilər. Açığı, o, bu filmə qədər heç vaxt pələnglərlə təkbətək qalmamışdı. Qadını həmişə əri sığorta etmişdi.

Lakin Marqarita filmdə pələnglərin təlimçisi rolunu çox gözəl canlandırdı. Bundan sonra onu “Zolaqlıların səfəri” filminə çəkilişə dəvət etdilər. Marqaritanın ekran əsərindəki məharətli çıxışı onu ittifaq miqyasında məşhurlaşdırdı.

Lakin tale sonradan qadından üz döndərdi. Əvvəlcə onun sevimli pələngi Purş öldü. Marqaritanın bu heyvanla xüsusi münasibətləri vardı. Günlərin birində isə qadın sirkdəki çıxışı zamanı başından zədə aldı.

O, çapıqların görünməməsi üçün başına bant bağladı. Bir dəfə pələngin xoşuna gəlmədi. Heyvan pəncəsi ilə qadını gicgahına vurdu. Nəticədə təlimçinin arteriya damarı qırıldı. Buna görə baş ağrılar həyatın sonuna kimi qadına əzab verirdi.

Günlərin birində daha bir bədbəxt hadisə baş verdi. Kimsə sirkdə qəfəsin qapısını bağlamağı unutduğundan pələnglər çölə çıxıb tamaşaçılara tərəf qaçdılar. Marqarita sirkdəki insanları xilas etdi. Lakin bu vaxtı psixikası güclü zərbə aldı.

O, karyerasını başa vurduqdan sonra Nijni Novqorod şəhərinə gəlir və burada sirk tərəfindən hədiyyə edilmiş mənzilində yaşayır. Qadının oğlu Aleksey ölkəni tərk etdiyindən Marqarita az miqdarda təqaüdlə dolanır və jurnalistlərdən kənar gəzir.

Qadının sirkdə aldığı zərbələrin fəsadları ömrünün sonlarında üzə çıxır. Onun psixi vəziyyəti pisliyə doğru dəyişir və qadın hətta oğlunu evə buraxmır.

Marqarita Nazarova 78 yaşında dünyasını dəyişir. Beləcə SSRİ-nin ən cəsur, ittifaq miqyasında ilk dəfə qorxmadan yırtıcıların qəfəsinə daxil olan qadının faciəli həyatı sona çatır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm