Bir qətlin tarixçəsi
Bakıda toya hazırlaşan gənc qayınanasını boğub öldürdü, sonra... - TƏFƏRRÜAT
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Samux rayon sakini, 1988-ci il təvəllüdlü Səbuhi Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az Teleqraf.com xəbər verir ki, Səbuhi Babayev 2014-cü ilin may ayında Aysel Rəsulova ilə rəsmi nikah bağlayandan bir müddət sonra öz toy məclisini Gəncə şəhərində keçirmək istədiyini elan edib. Qayınanası Məlahət Rəsulova buna etirazını bildirib.
Səbuhi Babayev 26 iyul 2014-cü il tarixdə, səhər təxminən saat 07.00-da Aysellə faktiki yaşadığı qayınanasına məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində salınmış yeni məhəllədə yerləşən fərdi yaşayış evinə gəlib. Bu zaman Məlahət Rəsulova növbəti dəfə Səbuhiyə toyu Gəncədə etməsinə etiraz edib. O, həmçinin Səbuhiyə qızı Aysel Rəsulovanı qısqandığına görə iradını bildirib. Bununla əlaqədar həmin vaxt kürəkənlə qayınana arasında mübahisə yaranıb.
Bundan sonra Səbuhi Babayev Aysel Rəsulovanı Bakı şəhərindəki iş
yerinə gətirib, təxminən saat 10.00-da yenidən qayınanasıgilə
qayıdaraq aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün
qayınanası Məlahət Rəsulova ilə söhbət edib və Aysellə rahat
yaşamalarına nə üçün imkan vermədiyini soruşub.
Söhbət zamanı Məlahət Rəsulovanın hərəkətlərindən əsəbiləşən Səbuhi
Babayev boğazından tutaraq, onu boğmağa başlayıb. O, qayınanasının
ölmədiyini görüb və başını bir neçə dəfə divara çırpıb.
Qadını boğandan sonra Səbuhi Babayev cinayətin izini itirmək məqsədlə evi yandırmaq qərarına gəlib. O, Məlahət Rəsulovanın otağına nefti tökərək evə od vurub.
Məlahət Rəsulovanın 32.000 manat dəyərində yaşayış evi içərisindəki əşyalarla birlikdə yanıb.
Səbuhi Babayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 186.2.1 və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Babayev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi Səbuhi Babayevin əməlini Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edib və cəzasını 13 il 6 aya endirib.
-
Qoroskop01:20Günün ulduz falı: Planlarınızda dəyişikliklər olacaq
-
Ekopublika.az14 Sentyabr 22:04Nüfuzlu agentlikdən manatla bağlı mühüm proqnoz: Gələn il...
-
Elm və təhsil14 Sentyabr 21:51Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Magazin214 Sentyabr 21:39“Kurtlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər
-
Kriminal14 Sentyabr 20:12Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Hadisə14 Sentyabr 18:50Bakıda yeniyetmənin ölümündə “Roblox” amili - Baş Prokurorluqdan xəbərdarlıq
-
Kriminal14 Sentyabr 18:10DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu
-
Sosial14 Sentyabr 15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO






































