Oğrudan doğru
İlk “obşak”ın yaradıcısı- qadın oğru “Sonka-zolotaya ruçka” - -FOTO\VİDEO
Publika.az “Oğrudan doğru” layihəsində bu dəfə fərqli bir cinayət dünyasının ulduzunun həyatından bəhs edəcək. Yeraltı dünyasının ən tanınmış simalarından biri meymununa brilyant udduran, kabluku belə oğurluq edən Sonya haqqında yazını təqdim edirik.
Uzun dırnaqları altında qızıl mağazasından oğurladığı bahalı daşları, “Torba” şəklində olan paltarının altında isə topla oğurladığı parçaları gizlədərdi. “Quten Morqen” və ya “sabahın xeyr” adlı orijinal otel oğurluğunu ixtira etmişdi. Eleqant geyimlər geyinərək, bahalı otellərdə məskunlaşaraq, orada qalan imkanlı qonaqları araşdırırdı. Qurbanını dəqiqləşdirəndən sonra səhər tezdən keçi dərisindən olan ayaqqabısını geyinərək, səssizcə otağa daxil olub, bütün dəyərli əşyaları oğurlayırdı. Əgər otağın sakini həmin an oyanırdısa, o, otağı səhv saldığını deyərək, qonaqla eşq yaşayırdı. Yalanı üzə çıxmasın deyə hətta yatağa da razılıq verirdi. Bütün bunları elə səmimiyyətlə edirdi ki, heç bir kişi ona “yox” deyə bilmirdi. Ona görə, oğrunu “Sonka qızıl əllər” adlandırmağa başlayırlar.
“Sonka-Zolotaya ruçka” əsl əfsanədir. Onun haqqında kitablar yazılıb, filmlər çəkilib. Onun qarşısında Avropanın ən bahalı evləri qapılarını açıb. Deyilənlərə görə o, hətta türk hərəmxanasına da düşüb... Necə olubsa o, eyni zamanda bir neçə Avropa ölkələrində cinayət işi törədə bilib. Zərər çəkənlərin hamısı isə oğrunun məhz məğrur, cəsarətli, cazibədar Sonka olduğunu deyirdilər.
Yaxşı, bəs kimdir o? Sofiya İvanovna Blyüvşteyn, Sonka Zolotaya, yoxsa oğru dünyasının şahzadəsi?
Şahidlərin sözlərinə görə, “Sonka-Zolotaya ruçka” o qədər də gözəl qadın olmayıb. Polis sənədlərində o, belə təsvir edilib. “Arıq, boy 1 metr, 53 santimetr, çopur üz, iri dəlikli burun, yanağında xal, alnında sarı rəngdə tüklər, qəhvəyi gözlər, hərəkətli, kobud və çox danışandı..” Buna baxmayaraq, o kişilərin diqqətini çəkməyi bacarırdı. Onun cazibəsi insanı ovsunlayırdı.
Qadın oğru 1846-cı ildə Varşavada doğulub. Onun əsl adı Sofiya İvanovna (Şeyndlya-Sura Leybova) Blyüvşteyndir. Sonradan özünün Sonka adlandırır. Sonkanın ailəsidə qaçaqmalçılıq, gizli pulların yuyulması adi iş sayılırdı. Onun üç dəfə ər dəyişmiş böyük bacısı Feyka da oğru idi, amma təbii, oğurluqda balaca bacısına çata bilməzdi.
Karyera da ilk addımlar-oğru dünyasının ilk “obşak”ı
18 yaşında Sonka Varşavada İsaak Rozenbadaya ərə gedir və ondan Suru-İvku adında qız övladı dünyaya gətirərək ilk oğurluğunu edir. Belə ki, ondan ayrılan zaman ondan 500 rubl oğurlayaraq, izini itirir.
İkinci dəfə Şeydlya qoca və varli yahudi Şelom Şkolnikaya ərə gedir (nəticədə onu da pulsuz qoyur). Üçüncü dəfə isə dəmiryol oğrusu Mikayıl Blyüvşteynə ərə gedir və bütün məhkəmə proseslərində onun soy adı ilə iştirak edir. Bu evlilikdən onun Tabu adında qızı olur. Lakin evlilik 1 il çəkir. Həyat yoldaşı Sonkanın digərləri ilə etdiyi eşqbazlığından bezib ayrılır.
Sonra Rubinşteyn adında bir əsgərlə Rusiyaya qaçır. Elə həmin gündən onun çılğınlıqlarla dolu əsl oğurluq karyerası başlayır. 14 aprel 1866-cı ilin yanvarında ilk dəfə polislər tərəfindən çamadan oğurluğu üstündə yaxalanır. O, çamadanları səhv saldığını deyərək, situasiyadan çox məharətcəsinə çıxır. Elə bu vaxt Sonka Piterdə ilk quldur dəstəsini yaratmağa cəhd edir və məşhur oğru Levita Sandanovicanı şəhərə çağırır. İlk obşakın yaranması və darda olan yoldaşlara kömək məqsədilə pulların yığılması ideyası Sonkaya aid olduğu deyilir. “Sonka-Zolotaya ruçka” həmçinin Odessada və Londonda azyaşlılar üçün oğurluq məktəbini də maliyələşdirdiyi deyilir.
Sonka həmişə tək hərəkətə edərdi. Balaca işlərlə məşğul olmaqdan iyrənirdi və baxmayaraq ki, tanınmaz halda dəyişə bilirdi, lakin heç vaxt qəfil işlərdə iştirak etməzdi. Qarşısına qoyduğu hər məqsədə çatmaq üçün o, uzun müddət işin üzərində fikirləşirdi.
Fırıldaqçı qadının oyunları
İlk dəfə qurbanın sekslə başını qataraq oğurluq edilməsi fikri Sonya tərəfindən irəli sürülüb. Daha sonra bu üsul “xipes” adlandırılıb. Xipesçilər adətən cütlük şəkildə işləyirlər. Birinci qadın “müştərini” otağa gətirərək, onu əyləndirir, digəri isə məşuqun ciblərini boşaldırdı. Bahalı kürkü və qızıl bəzək əşyaları taxan xanımlardan şübhələnmək mümkün deyildi. Bəzən Sonka təlim edilmiş meymunla qızıl mağazasına girirdi. Brilyantlara baxaraq, seçdiyi bahalı daşları gizlicə meymuna verirdi. Meymun daşları udur və ya ağzında gizlədirdi. O, hətta oğurladığı daşları ayaqqabısının kablukunda da gizlədirdi.
Onun həyatının ən əsas səhifəsini qatarda etdiyi oğurluqlar təşkil edir. Şıq geyinərək, Sonka varlı dul qadın və ya markiz roluna girər, ən bahalı kupelərdə özünə yer edərdi. Seçdiyi qurbanını fikrini cəlb edəndən sonra, onu əyləndirər və yatacağını gözləyərdi. Ancaq qadına heyranlıq duyan kişilər çox gec yatardı. Buna görə də Sonka çox vaxt onları yatızdırmaq üçün xüsusi ətirlər vurar, onları içizdirər və ya içkilərinə yuxu dərmanı qatardı. Belə işlərin birində Sibir tacirindən 300 min rubl, General Frolovdan isə 213 000 rubl oğurlayır.
Əslində...
Hər kəsin danışdığı kimi o, pul dəlisi deyildi. Sonka həm də xeyirxahlığı ilə də tanınırdı.
Bir dəfə səhər işlə bağlı köhnə otel otağına daxil olarkən orada yatmış, üzü ağarmış bir gənci görür. Stolun üstündə isə tapança və məktub olur. Gəncin anasına yazdığı məktubu Sonka oxuyur. Məktubda gənc anasına pulların oğurlandığını bildirir və bundan sonra biabırçılığı yalnız intihar təmizləyə biləcəyini yazır. Sonka oğurlanan məbləğ qədər stola pul qoyur və sakitcə çıxır.
Sonka günlərin bir günü iki qız övladı olan bədbəxt dul qadının bütün pullarının oğurlandığı xəbərini qəzetlərdən oxuyur. Sonka məktub yazaraq qadından oğurladığı 5000 rubl içinə qoyub ona göndərir.
Əlbəttə o, öz qızlarını da unutmurdu. Başqalarının himayəsində olan uşaqlarına hər ay pul göndərirdi.
Dünya Sonkandan danışır
Sonkanın nüfuzu cinayət dünyasında getdikcə artırdı. 1872-ci ildə Sofiya Rusiyanın ən böyük fırıldaqçı klubu “Qara valet” ya qatılmaq təklifi gəlir. Bu təklifdən bir neçə il sonra Sonya həmin klubun başçısı olur. Klubun fəaliyyəti bütün Rusiyanı əhatə edirdi.
Piterdə çox göründüyünü hiss edən Sonka Avropaya üz tutur. Onun cinayətləri sərhəd tanımırdı- Varşava, Vyana, Paris, Leypsiq. Təhsilinin olmamasına baxmayaraq alman, fransız və polyak dillərində mükəmməl danışırdı.
Etdiyi cinayətlər Sonkanı bütün dünyaya məşhur edir. O, bir neçə dəfə məhkəmə qarşısında çıxıb. Onun arxasınca bütün qərbi Avropanın polisləri qaçırdı. Bir dəfə 1871-ci ildə Leypsiq polisi tərəfindən yaxalanaraq Rusiya səfirliyinə verilir. Amma burada da o, günahsız olduğunu sübut etməyi bacarır.
Volodya Koçubnik-uğursuz eşq, sürgün...
Bir müddət sonra Sonkanın qara günləri başlayır. Belə ki, oğrunun adı tez-tez mətbuatda hallanmağa başlayır, polis məntəqələrində isə şəkilləri asılır. “Zolotoya Ruçka” o qədər məşhur idi ki, televiziyanın olmadığı bir dövrdə belə, küçədə gedərkən hər kəs onu tanıyırdı. Bu isə onun peşəsinə ziyan idi.
Bütün kişiləri öz toruna salan Sonka bu dəfə özü tora düşür və 20 yaşlı oğruya aşıq olur. Sanki uğur ondan üz döndərir. Cavan və yaraşıqlı oğru Volodya Koçubçik (oğru dünyasında Vilf Bromberq kimi tanınan oğru 7 yaşından oğurluğa başlayıb) çox asanlıqla məşuqəsinin pullarına yaşamağa alışır. O, Sonkanın qazandığı bütün pulları qumarda uduzurdu. Buna görə Sonka daha çox çalışır və təbii daha çox səhvlər buraxırdı. Və sonunda bu səhvlərin biri onu barmaqlılar arasına salır. Bəzi mənbələrdə isə məhz Volodyanın onu polisə satdığı və özü əli ilə onlara verdiyi deyilir.
Moskvada keçən hay-küylü məhkəmədən sonra Sonkanı Sibirə sürgün edirlər. Oğru oradan qaçır və yenə bütün Rusiya İmperiyası ondan danışmağa başlayır. Sonka varlı axmaqları talan etməyə davam edir. Bir neçə böyük qızıl oğurluqlarından sonra tutularaq dörd illik Saxalinə, katorqaya göndərilir. Qadın oğru oradan üç dəfə qaçmağa çalışsa da, uğursuz alınır.
Onunla birlikdə məhkəmə qarşısına çıxan məşuqu isə 6 aydan sonra azadlığa buraxılır. Volodi Koçubçik Bessarabiya gedərək, sevgilisindən oğurladığı pulları mülklərə yatırır və çox dəbdəbəli həyat sürür.
Anton Çexov Saxalinə səyahəti zamanı fırıldaqçı qadını görərək, “Saxalin” kitabında bunları yazıb: “balaca, arıq, ağarmış saçları ilə əzilmiş qoca üz... O, kamerada o küncdən bu küncə gedir və adama elə gəlir ki, o, siçan kimi havanı qoxlayır və elə üzü də siçan üzüdür...” Çexovun təsvir elədəyi zaman, yəni 1891-ci ildə Sofiya Blyüvşteynin cəmi 45 yaşı var idi. Yeri gəlmişkən, saxalinli fotoqraf İnnokentiy İqnatyeviç Pavlovskiy Çexova vaxtından tez qoçalmış qadının rəsmini göndərir. Həmin şəkil Rusiyanın Dövlət ədəbiyyat muzeyində saxlanılır.
Katorqada olmasına baxmayaraq, Sonka adı ən böyük cinayətlərdə hallanırdı...
XIX sonu XX əsrin əvvəlləri Avropa da Sonka Zolotayanın oğurluq tərzinə oxşayan cinayətlər çoxalmağa başladı. Bütün dünya qəzetlərində Avropa ölkələrinin birində “Sonka Zolotaya ruçka”nın tutulduğuna dair xəbərlərin çıxması Rusiyanı şoka salır. Tutulan cinayətkar özünü Sofiya Bek adlandırmışdı. Oğru mühafizəçilərdən birini ovsunlayaraq, polislərin əlindən qaçdığı üçün onun kimliyini dəqiq müəyyən etmək mümkün olmayıb.
Ancaq deyilənlərə görə həmin cinayətlər Olqa fon Şteyn adında başqa oğruya aid idi. XIX sonu XX əsrin əvvəli “Sonka- Zolotaya ruçka” cinayət dünyasının ulduzuna çevrilir. Sonka Saxalində cəzasını çəkən zaman, onun adı bütün Rusiyanı dolaşırdı. Ola bilsin ki, 1912-ci ilə kimi Sonkanın imzasını təkrarlayan Olqa fon Şteyn “irsən” keçən oğurluq məşhur ləqəbini elə Sonkanın özündən alıb.
Qardaşlardan ağ mərmərdən qəbir
Sonkanın ölümü ilə bağlı bir çox fərziyyələr var. Deyilənlərə görə, oğrunun həyatı katorqada bitməyib və o, Odessaya gələrək 1947-ci ildə vəfat edib. Başqa fərziyyəyə görə isə 1920-ci ildə Moskvada həyatını itirib və məşhur Vaqankovskiy qəbirstanlığında basdırılıb.
Onun qəbiri üzərində Rostov, Odessa, Peterburq və hətta London oğrularından yığılan pullardan italyan ustalarının düzəltdiyi qeyr-adi abidə ucaldılıb. Qəbrin üzərində ağ mərmərdən qadın heykəli qoyulub.
Qəbrin üzərində həmişə yeni güllər və qəpiklər olur. Heykəlin oturacağında isə bu sözlər yazılıb:
“Solntsev qardaşları səni unutmayıb”, “Rostov hər şeyi xatırlayır”, “Sonya, bizə yaşamağı öyrət”, “Ana, xoşbəxtliyi alovlandır”, “Kömək et Sonya, biz “işə” gedirik...”
“Sonka-zolotaya ruçka” sirli qadın olub. O, həmişə yalanla yaşayardı, ona görə yüz il ərzində onun haqqında hələ də dəqiq məlumat yoxdur. Bütün yazılanlar onu tanıyanların dilindən alınan məlumatlardı. Ancaq bir şeyi deyə bilərik. O qadın oğru dünyasının gəlmiş-keçmiş ən güclü oğrularındandı. Yaratdığı oğurluq üsulları, ideyaları ilə “qanuni oğru” dünyasının ilk təməlini qoymuşdur. Qadın olmasına baxmayaraq, hər kəsə, ən avtoritet kişiləri belə diz çökdürməyi bacarırdı. Güclü qadın idi, bəs xoşbəxt idimi?...Bax sualın cavabını isə heç zaman tapa bilməyəcəyik.
Mələk Heydərova
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO