Oğrudan doğru
“Oğru qanunları”nı yazan azərbaycanlı: Bayılda Stalinlə birgə “yatan” adam kim idi?
30-cu illərin sonu çekistlər siyasi məhbusları idarə etməkdən ötrü Rusiyada “qanuni oğrular”ın mövqeyini möhkəmləndirmək üçün müəyyən tədbirlər görməyə başlayırlar.
Deyilənə görə, Stalin hakimiyyətə gəldikdən sonra SSRİ-nin bütün cinayət aləmini idarə etməyə başlayır və bunun nəticəsində “qanuni oğrular”ın sayı onun dövründə daha da artaraq 1940-cı ildə 10 000 nəfərə çatır.
“Oğrudan doğru” Stalinlə oğru dünyasının əlaqəsini araşdırdı.
Həbs həyatı
1902-ci ildə məşhur Batum hərəkatı və Tiflis komitəsində iştirakına görə təqsirli bilinərək 1909-cu ildə Solviçeqodska sürgünə göndərilən Stalin elə həmin il oradan qaçdığı üçün tutularaq, Bakıdakı Bayıl həbsxanasına göndərilir. Altı ay Bayıl həbsxanasında yatdıqdan sonra, 5 illik cəzasını tamamlamaq üçün yenidən geri göndərilir. Lakin cəzası 3 ilə kimi endirilərək Volqaqradda yaşaması üçün icazə verilir. (cəmi 2 ay, növbəti həbsinə kimi-müəl.).
Qayıdaq “Bakı” illərinə
Bayıl həbsxanasına inqilabçılar və edam olunacaq məhbuslar göndərilirdi. Ona görə də, qapalı həbsxananın hər tərəfi ciddi şəkildə qorunurdu, hər divarının önündə-arxasında tikanlı məftillər var idi. Cinayətkarların Bayıl həbsxanasından qaçması mümkün deyildi.
Stalin Bayıl həbsxanasının 2-ci korpusdakı 39-cu kameranın dustağı olub və tarixdə Bayıl həbsxanasından qaçmağı bacaran ilk məhbus elə onun özü olub. O zaman həbsxana işçiləri arasında bolşeviklər də var idi və Stalinə qaçmaq üçün onların kömək etdiyini deyilir. Lakin araşdırma zamanı maraqlı bir fakta rast gəldik. 1910-cu ildə Bayıl həbsxanasında “yatan” Stalinə bir qoca kişi “oğru dünyası”nın yazılı kodeksini verir. Həmin insanın kimliyi bilinməsə də, “qanuni oğru” dünyasının qanunlarının bu hadisədən sonra Stalin tərəfindən gündəmə gətirildiyi söylənilir. Bəlkə də buna görə, “oğru qanunları” Kreml qanunları ilə oxşardı?
Bayıl həbsxanasından qaçış da daxil olmaqla, 1917-ci ilə kimi həbsxana həyatı keçirən və ən ağır şərtlər altında cəzasını çəkən Stalinə dəfələrlə qaçmaqda kim kömək edib? Yaşlı kişi, yoxsa “qanuni oğru”lar? Stalin kimi, tarix də bu haqda susur...
“Koba” ləqəbi həbsxanada verilməyib
Stalin uşaqlıqda hər kəsi onu “Koba” adlandırmağa məcbur edirdi. “Koba” adı Stalinin sevdiyi “Nunu” əsərindəki qəhrəmanın adıdır. Vətənpərvər ruhda yazılan əsərdə Koba prinsiplərinə ilk həyat yoldaşını, daha sonra özünü qurban verir.
Vəzifəyə gələndən sonra isə, Stalin yalnız yaxınlarına ona bu adla müraciət etməsinə icazə verərdi.
“Qanuni oğru” kodeksi SSRİ-nin rəsmi ideologiyasının eynisi idi.
“Qanuni oğru”ların “taclandırması” partiya iclasları kimi keçirilirdi. “Oğru” “Qanuni oğru partiyasının” iki həqiqi üzvü tərəfindən tövsiyə olunmalı, namizədlik stajı keçməli, partiya iclasını xatırladan “sxodka”da iştirak etməli və adət və qanunlara riayət etməlidir.
Bu birliyin irəli sürülmüş liderləri təşviq olunurdu və "heyətin kiçik rəisi" qismində həbsxanadakı “siyasətçilərə” qarşı hakimiyyətin dayağı idi. Məhz milyonlarla siyasi məhbus üzərində nəzarət, onlara təzyiq və əməyə məcbur etmək üçün çekistlər tərəfindən himayə olunan “qanuni oğru”lar yaradılmışdı.
Stalin dövrünə qədər sovet vətəndaşı üçün bu qədər sayda həbs düşərgələrinə, “Qanuni oğru” anlayışına heç yerdə rast gəlinməmişdi.
“Qanuni oğru” qanunları...
“Qanuni oğru”nun “ailəsi” idarə etdiyi quruluş sayılırdı və “ailə” pulsuz yaşaya bilməzdi. Buna görə də, “qanuni oğru” maliyyə vəsaiti toplamaq üçün ümumi kassa yaratmalı idi. “Obşaka” daha çox pul gəlməsi, daha çox planın həyata keçməsi deməkdir. Bu isə “ailəyə” daha çox üzvün cəlb edilməsinin vacibliyini göstərirdi. Hər iki məqsəd Kremlin ideyası ilə oxşar idi: büdcəni formalaşdırmaq - xərcləmək və gəncləri işə cəlb etmək.
“Qanuni oğru” küllü miqdarda pula sahib deyildi. O, bunun əvəzinə “ailənin” üzvlərinin həyatı və ölümü üzərində sərhədsiz hökm vermək imkanı qazanmışdı. Bu xüsusiyyət həm də “xalqın atası”na aid idi. Belə nəticəyə gəlmək olur ki, istəyərək pul və seksdən imtina lideri yalan danışmaq məcburiyyətindən xilas edirdi. Bu isə oğrunun ruhunun təmizlənməsi demək idi. Yəni, itirəcək heç nəyi olmayan bir insan niyə yalan danışsın ki?
“Qanuni oğru”ların sərt cəzaları: Ancaq ölüm günahı yuya bilər...
“Oğru ailəsi”nin yalançı üzvləri cəzalandırılır. Tək bir cəza növü var idi - ölüm. Üsullar isə müxtəlif ola bilərdi. Ən məşhuru düşmənlərlə kəllə-kəlləyə gəlmək idi. Məqsəd ən pislərin ən pisi məhv etməsi idi. Yəni, “oğru qanunları”na uymayanları və bağışlanmaz səhv edənləri düşmənlərinə yem olaraq atırdılar. “Oğru”lar arasında “Satqınlar müharibəsi”ni xatırlamaq kifayətdir.
“Qanuni oğru” ideologiyasının Stalinin yaratması versiyalardan biridir. Onun nəzarəti altından “oğrular”ın həbsxanalardakı mövqeyinin daha da möhkəmlənməsi bu versiyaya inanmağa vadar edir.
İkinci versiyaya görə isə, “oğru dünyası”nın qanunlarını baron Vranqelin qvardiyasının üzvləri 1920-1921-ci illərdə türklərdə əsrlikdə olan zaman həbsxanada yazılıb. Bu haqda isə gələn yazımızda daha ətraflı məlumat verəcəyik.
Faktları və bütün versiyaları araşdırdıqda biz qanuni oğruların yaranmasında hakimiyyətin izinə rast gəlirik. Sözsüz, özünü cinayətkar dünyasının elitası adlandıran “oğru”lar XVIII əsrdə də mövcud idi. Lakin onlar tək və istədikləri kimi fəaliyyət göstərirdilər. 1920-ci ildən istifadə olunmağa başlayan “qanuni oğru” termini isə cinayətkarları bir qanun altında birləşdirərək, bir-birinə hesab vermək məcburiyyəti ilə üz-üzə qoydu.
Mələk Heydərova
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO