İdman
AFFA Yılmaz Vurala təklif göndərib? – RƏSMİ AÇIQLAMA
Futbol üzrə milli komandamızın baş məşqçilik postuna namizədlərdən biri də türk mütəxəssis Yılmaz Vuraldır.
Publika.az xəbər verir ki, təcrübəli mütəxəssisin özü bunu Türkiyə mətbuatına açıqlamasında deyib:
“Mən də Azərbaycanda güclü namizədlərdən biriyəm”.
Yılmaz Vural Azərbaycan millisinin keçmiş baş məşqçisi Foqtsun müqaviləsi uzadılmamışdan əvvəl də onunla AFFA rəhbərliyi arasında görüşün olduğunu və ölkəmizdə çox sevildiyini bildirib:
“Azərbaycanda da buradakı qədər sevilirik. Azərbaycana getdiyimiz zaman gömrükdə pasport soruşmurlar. Dilimiz, mədəniyyətimiz bir olduğu üçün bizi əcnəbi kimi görmürlər. Bu səbəbdən, hər zaman o ölkənin də gündəmindəyik”.
Maraqlıdır, Yılmaz Vural, doğrudan da, millimizin baş məşqçilik postuna ən güclü namizədlərdəndir?
Bəs, Foqtsla müqavilə uzadılmamışdan öncə Vurala təklif göndərilməsi doğrudur?
Bu suallara cavab tapmaq üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Publika.az-a danışan qurum rəsmisi “ənənəsinə” sadiq qaldı. Belə ki, Mikayıl müəllim yenə məxfilikdən danışdı:
“Baş məşqçi ilə danışıqlar gedir. Qaydalara uyğun olaraq həmin məşqçinin adı gizli saxlanılır. İcraiyyə komitəsi qərar verdikdən sonra mətbuata açıqlama verəcəyik”.
Bu cavab bizi tam qane etmədiyi, sualımıza uyğun cavabı almadığımız üçün yenidən həmin sualla müraciət etdik. Ancaq qurum rəsmisi öz cavabını təkrarladı.
Qeyd edək ki, millinin baş məşqçilik postu müvəqqəti olaraq Mahmud Qurbanova tapşırılıb. Yeni baş məşqçinin isə dekabrın sonlarına qədər bəlli olacağı deyilir.
Aygün İlqarqızı
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ