"Apple" 2020-ci ildə elektromobil istehsalına başlayacaq
Bizi izləyin

Avtopublika

"Apple" 2020-ci ildə elektromobil istehsalına başlayacaq

Amerikanın Apple kompaniyası 2020-ci ildə elektromobil istehsalına başlamağı planlaşdırır. Bu barədə işgüzar xəbərlər agentliyi Bloomberg məlumat verib.

Apple kompaniyasının yüksək məxfilik rejimində hazırladığı elektromobil quruluşuna görə minivenə oxşayacaq. Təxminən bir il bundan əvvəl kompaniyanın baş direktoru Tim Kuk tərəfindən təsdiqlənmiş layihə "Titan" adı alıb. Apple kompaniyasının "avtomobil" bölməsinə məhsulun dizayn üzrə vitse-prezidenti Stiv Zadeski rəhbərlik edir. Onun əvvəllər Ford korporasiyasında işlədiyi bildirilir.

The Wall Street Journal qəzetinin məlumatına əsasən Apple şirkətində elektromobilin yaradılmasına minə qədər mütəxəssis cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm