Bu avtomobillə 84 qəpiyə 150 km yol getmək olar
Bizi izləyin

Avtopublika

Bu avtomobillə 84 qəpiyə 150 km yol getmək olar

Rusiyanın avtomobil istehsalçısı - "AVTOVAZ" elektromobillərin istehsalını genişləndirmək və Avropa ölkələrinə ixrac etmək niyyətindədir.

Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət 2011-ci ildə "Kalina" modelinin bazasında yaradılmış "Ellada" adlı avtomobildən gedir. Şirkət xeyli müddətdir ki, avtomobillər üçün alternativ yanacaq mənbələri (o cümlədən elektrik) üzrə elmi-tədqiqat işləri aparır. Hazırda elektrik motoru ilə az sayda maşınlar istehsal edilir.

"Ellada" modeli adi 220 voltluq elektrik yuvasından da enerji yığa bilir. Tam enerji doldurma təxminən 8 saat çəkir. Tam enerji ehtiyatı ilə isə azı 150 km getmək mümkündür.

Məlumatlara görə, elektromobillər kross-kupe, vnedorojnik, mikroven və universal kuza əsasında yaradılır. Maşının maksimal sürəti 140 km/saat-dır. 100-km/saat sürət yığmaq üçün isə ona 12 saniyə vaxt lazımdır. Bu da elektromobillər üçün yaxşı göstərici hesab olunur.

Hazırda Rusiyada elektrik elektrijisinin hər kilovatı orta hesabla 3,5 rubl, yəni bizim pulla 6 qəpikdir. "Ellada" batareyalarının tam enerji tutumu isə 14 kilovatdır. Evdə və yaxud qarajda enerji yığaraq 150 km yol getmək üçün "Ellada"ya cəmi 49 rubl (84 qəpik) xərc qoymaq lazımdır. Müqayisə üçün deyək ki, "Tesla" elektromobili 150 km-ə 2 dollar xərc aparır ki, bu da "Ellada"dan 2,5 dəfə baha başa gəlir.

İlk partiyaları Stavrapol diyarında taksi kimi işlədilən bu maşınlar sınaqdan uğurla çıxıb və bu səbəbdən ona maraq artıb. VAZ elektromobili daha sərfəli olduğuna görə, Avropa bazarında da maraq doğurub. "Ellada" qiymətinə və enerji sərfiyyatına görə, digər elektromobillərdən təxminən 2 dəfə ucuz başa gəlir.

Avtomobil saytlarının məlumatına görə, xarici analoqlarından bütün sahələrdə üstün olan "Lada" elektromobillərinin qiyməti modelindən asılı olaraq 20-30 min dollar arasındadır. "Tesla"nın qiyməti isə 50-60 min dollar təşkil edir.

Bu cür avtomobillərin istismarı üçün şərait artdıqca onların kütləvi istehsalına başlanacaq. Bunun üçün çoxsaylı elektrikyığma məntəqələrinin yaradılması tələb olunur. Rusiyada, Çində, Yaponiyada, ABŞ-da və Avropa ölkələrində belə məntəqələr bir neçə ildir ki, fəaliyyət göstərir.

Azərbaycanda da elektromobillərin üçün şəraitin yaradılması planlaşdırılır. Ölkəmizdə hələlik elektromobillərdən istifadə olunmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm