Avropa çempionu, dünya oyunlarının qalibi: I Avropa Oyunları çox vacibdir, çünki...
Bizi izləyin

Bakı 2015

Avropa çempionu, dünya oyunlarının qalibi: I Avropa Oyunları çox vacibdir, çünki...

Karate üzrə Avropa çempionu, dünya oyunlarının qalibi Şahin Atamov ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsini böyük bir tarixi hadisə kimi qiymətləndirib.

Atamov Publika.az-a açıqlamasında I Avropa Oyunlarının əhəmiyyətindən danışıb:

“İlk Avropa Oyunlarının Bakıda keçirilməsi artıq bizim uğurumuzdur. 22 gün sonra ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları təkcə idman yarışı kimi deyil, bir çox tərəfdən də əhəmiyyətlidir - iqtisadi, mədəni tərəfdən...

I Avropa Oyunlarının Azərbaycana həvalə edilməsi onu göstərir ki, respublikamız bütün sahələrdə və idmanda da inkişaf dövrünü yaşayır. Azərbaycanda Avropa və dünya çempionatlarının keçirilməsi artıq silsilə xarakter daşıyır. Xalqımız bu cür yarışların keçirilməsinə öyrəşib. Amma Avropa Oyunları bu yarışların daha böyüyüdür.

İdmançılarımızın uğurları da I Avropa Oyunlarının Bakıda keçirilməsi üçün bir şərait yaradıb”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm