Bakı 2015
“Bakı-2015” əhali arasında fotomüsabiqə elan edir
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi 28 May - Respublika Günü münasibətilə əhali arasında fotomüsabiqə elan edir.
Əməliyyat Komitəsindən bildiriblər ki, “Mən Azərbaycanı sevirəm” adı altında keçirilən müsabiqənin məqsədi ölkəmizin ən maraqlı, ən çox sevilən məkanlarının fotoşəklinin çəkilməsi və paylaşılmasıdır.
Birinci Avropa Oyunlarının bağlanış mərasiminə iki bilet və bir ədəd “Samsung Galaxy Camera” telefonu qazanmaq istəyən hər kəs müsabiqədə iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyən şəxs “#baku2015” yazısı ilə birlikdə Azərbaycanın ən çox sevdiyi istənilən yerində şəkil çəkdirməlidir. Müsabiqə iştirakçısı olmaq üçün həmin şəkli “#baku2015”, “#iloveazerbaijan” və “#biginbaku” həştəqlərindən istifadə edərək Twitter və Instagram səhifələrində paylaşmaq kifayətdir.
Müsabiqənin ilk mərhələsi mayın 28-dən iyunun 18-dək davam edəcək. İyunun 18-dən 20-dək “Bakı- 2015” elçiləri 5 ən yaxşı şəkli seçəcəklər. Seçilmiş fotolar iyunun 20-dən 26-dək səsvermə üçün “Bakı-2015” Facebook səhifəsində paylaşılacaq.
“Bakı-2015” qalibin seçilməsi üçün bütün Facebook izləyicilərini ən maraqlı fotoşəkli bəyənməklə səsvermədə iştiraka dəvət edir. İzləyicilər tərəfindən ən çox bəyənilən fotoşəkil qalib seçiləcək.
Qalib iyunun 26-da elan ediləcək.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ