Stepkoya gümüş medalı Mehriban Əliyeva təqdim etdi
Bizi izləyin

Bakı 2015

Stepkoya gümüş medalı Mehriban Əliyeva təqdim etdi

Bakı 2015 I Avropa Oyunlarında Azərbaycana 31-ci medalı Oleq Stepko qazandırıb.

Publika.az xəbər verir ki, komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə isə gümüş medal qazanan təmsilçimiz 3-cü mükafatını əldə edib.

Bu gün 4 müxtəlif hərəkətdə - gimnastika atı, halqalar, dayaqla tullanma və paralel qollarda qüvvəsini sınayan Stepko gimnastika atında hərəkətlərdə 14,600 xalla 2-ci olub.

Stepkonun uğurlu çıxışını Azərbaycan Prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da tribunadan izləyib.

Fəxri kürsüyə qalxan Stepkoya gümüş medalı ölkənin birinci xanımı, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edib.

Qeyd edək ki, gimnastımız digər 3 hərəkətdə çıxışını davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm