Bilgi.az
“Xəzər Mirvarisi" belə olacaq - FOTOLAR
Nargin adası kimi tanınan Böyük Zirə adasında reallaşacaq "XazarPearl" (Xəzər Mirvarisi) layihəsinin görüntüləri internetdə yayılıb. Fotolar layihəni həyata keçirəcək şirkət tərəfindən paylaşılıb.
Layihədə müasir dövrün bütün tələb və təklifləri nəzərə alınıb.
Adaya gələn turistlər burada qədim Azərbaycan ənənələrini görmək
imkanını qazanacaqlar. Layihənin əsas üstünlüyü isə odur ki, burada
yaşayan sakinlər üçün bütün infrastruktur layihələri icra
olunacaq.
Bakı arxipelaqının ən böyük adası olan Böyük Zirə-Nargin adasında
hazırlanacaq “Azərbaycan Mirvarisi" turizm layihəsinin dünyada
analoqu yoxdur. Layihə ölkəmizə gələnləri heyrətə gətirəcək.
Bakının sahil xəttindən 10 km məsafədə yerləşən Nargin adasının
turizm məqsədi ilə istifadəsi üçün layihə hazırlanır. "Azərbaycan
mirvarisi" adlanan bu layihə həyata keçiriləndən sonra ölkəmizə
turist axını da artacaq. Bura gələcək turistlər Azərbaycan
mədəniyyəti və tarixi ilə tanış olacaqlar. İnşaat işlərində
millilik nəzərə alınacaq. İlk olaraq tikiləcək Karvansaray oteli
isə milli üslubda olacaq. Layihənin memarı Rasim Babakişiyev deyir
ki, adaya gələn turist özünü orta əsrlərdə hiss edəcək.
Bu adada dini tolerantlıq da nəzərə alınıb. Ərazidə məscid, kilsə və sinaqoq da inşa olunacaq. Adada böyük beynəlxalq tədbirlər və sammitlərin keçirilməsi də mümkün olacaq. Belə ki, bu məqsədlə layihədə 2 böyük otelin arasında universal zal tikiləcək. Zal 3000-3500 nəfər üçün nəzərdə tutulub. Adanın layihəsində də gənclər üçün xüsusi məkan nəzərdə tutulub. "Cavanlar məhəlləsi" adlanan həmin ərazi müxtəlif əyləncə məkanları ilə fərqlənir.
Layihəyə görə, adada benzinlə işləyən avtomobillərdən istifadə
olunmayacaq. Ekoloji təmizliyi qorumaq üçün burda qolf maşınlar
hərəkət edəcək. "Azərbaycan mirvarisi" ilə yaxından tanış olmaq
istəyənlər isə adaya Azneft meydanı və Zığ qəsəbəsindən gəmi ilə
gedə biləcəklər. AnsPress
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."