Bilgi.az
Vəhşi şimpanzelərin lüğəti ...
İlk dəfə olaraq, Şotlandiyadakı
Sent-Endrü Universitetinin alimləri Uqandanın 80-dən çox vəhşi
şimpanzesinin davranışını müşahidə edərək onların bir-birləri ilə
ünsiyyət zamanı istifadə etdikləri müxtəlif jestlərin izahını
veriblər.
ANS PRESS-in məlumatına görə, iyulun 2-də “Current
Biology” jurnalında dərc olunmuş məqalədə Sent-Endrü
Universitetinin primatoloqları Ketrin Xobayter və professor Riçard
Birn Afrika dövlətinin tropik meşələrində vəhşi şimpanzeləri
müşahidələrindən bəhs ediblər. Onlar müəyyən ediblər ki, heyvanlar
ən azı 19 müxtəlif və unikal mənaları ifadə etmək üçün ümumiyyətlə,
66 jestdən istifadə edirlər.
“The Telegraph” qəzetindən Tom Bruks-Pollokun
sözlərinə görə, Xobayter və Birnin aşkar etdikləri jestlər arasında
bir şimpanzenin digərinin hər hansı bir hərəkəti dayandırmasını
xahiş etmək üçün ona əl çalması, yarpağı dişləməklə eşq elan
etməsi, başqa şimpanzeni kənara çəkilməyə çağırmaq üçün əllərini
kəskin şəkildə aşağı salması və ya hər hansı bir predmeti istəyəndə
əllərini yuxarı qaldırması kimi jestlər göstərmək
olar.
Tədqiqatın müəllifləri bildiriblər ki, onların
topladıqları məlumat belə bir qədim nəzəriyyəni təsdiq edir ki,
bioloji cəhətdən insanla daha sıx bağlı olan varlıqlar doğrudan da
bir-birləri ilə ünsiyyət zamanı müəyyən məqsəd daşıyırlar.
Ekspertlər şimpanzelərin ünsiyyət üçün jestlərdən istifadə
etdiklərini çoxdan bilsələr də, bu, məhz onların danışdıqlarını
müəyyən etməyə imkan verən ilk tədqiqatdır.
Xobayter “BBC News” üçün müsahibəsində qeyd
etmişdir ki, bu jestlər heyvanlarda aşkar edilmiş yeganə
intensional ünsiyyət formasıdır ki, bu da insanlarla şimpanzeləri
onların bir-birinə məlumat göndərmək üçün istifadə etdikləri ümumi
kommunikasiya sistemi olan varlıqlara çevirir.
Tədqiqat zamanı Xobayter və Birn qarşılıqlı
kommunikasiya hərəkətlərini qeydə almaq üçün videolentdən istifadə
edib, 4500-dən çox müxtəlif növ jest aşkara çıxarıblar. Lakin
alimlər əsas diqqəti yalnız oyundankənar istifadə olunan jestlərə
yönəldiblər, çünki oyun zamanı istifadə edilən jestlər öz faktiki
informativ mənasını daşımaya da bilər. Ümumiyyətlə, alimlər
informasiyanı ötürmək üçün şimpanzelərin istifadə etdikləri 66
jesti fərqləndirə biliblər.
Xobayter növbəti tədqiqat obyektinin jestlərin
mümkün məna variantlarının öyrənilməsi olacağını bildirərək deyib:
“İnsan sözləri kimi bəzi jestlərin bir neçə mənası var, amma əsas
budur ki, bu jestlərin məna yükünü şimpanze onlardan kimin istifadə
etməsindən asılı olmayaraq, eyni cür qəbul edir”.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?