Bilgi.az
“Ağbəniz”in evi – FOTOLAR
Amerikalı cizgiçi Uolt Disneyin 57 yaşlı nəvəsi Tamara Şer məşhur nağıl qəhrəmanı "Ağbəniz"in (Snow White) evini xatırladan malikanəni alıb.
Koloradoda yerləşən və nağıllar aləminə bənzəyən koteci ona 11,25 milyon dollara başa gəlib.
Kotecin özəlliyi ondan ibarətdir ki, Uolt Disney 1937-ci ildə çəkdiyi "Ağbəniz və yeddi cırtdan" nağıl presonajlarının yaşadığı evə bənzəyir. Malikanə 1930-cu illərin sonlarında tikilib.
Mülkə sahib olan Tamaranın məşğuliyyəti məlum olmasa da, o, 2 dəfə ictimaiyyət qarşısında çıxış edib. Tamara belə deyib: "Babam Uolt Disney (ana babası – red.) nə gey, nə soyuq insan, nə nasist, nə də FTB casusu olub. Onun bütün xüsusiyyətlərini bir yerə toplasaq, bir sözlə demək olar ki, o, çox yaxşı insan idi".
Tamara hətta babası haqda sənədli film də çəkib. "Mif arxası insan" adlı ekran əsəri 2001-ci ildə lentə alınıb.
Tamara babasını 6 yaşı olarkən itirib. Tamara ağciyər xərçəngindən vəfat edən Disneydən ilhamlanaraq nağıl aləmini xatırladan malikanədə yaşamaq arzusunu gerçəkləşdirib.
Nura
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...