Art
Mədəniyyət ictimaiyyəti Birinci vitse-prezidenti təbrik etdi
Ölkəmizin mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun yaradılmasının 20 illik yubileyi münasibətilə Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik müraciəti ünvanlayıb.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Təbrikdə qeyd olunur ki, müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini əziz tutaraq, adının əbədiləşdirilməsi, onun dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi, zəngin irsinin təbliğ edilməsi məqsədilə yaradılan Heydər Əliyev Fondu ölkəmizin milli-mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılması istiqamətində yorulmadan fəaliyyət göstərir: “Heydər Əliyev Fondu yarandığı gündən möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətində yaxından iştirak edərək sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin, multikultural ənənələrin qorunması və onların həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təşviqində mühüm rol oynayır. Bu siyasətin ən mühüm istiqamətlərindən olan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasında, müasir sosial-mədəni infrastrukturun qurulmasında, Azərbaycan mədəni irsinin ümumbəşəri dəyərlər qismində tanınmasında Fondun verdiyi töhfələr əvəzsizdir. Reallaşdırdığınız və dəstək olduğunuz yerli və beynəlxalq layihələr Azərbaycan mədəniyyətinin, tarixinin və dövlətçiliyinin bünövrələrini, xalqımızın özünə və ali dəyərlərə inamını möhkəmləndirir, mədəniyyətimizi hamı üçün əlçatan və doğma edir. Heydər Əliyev Fondunun Azərbaycanda və onun hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində, eləcə də beynəlxalq mədəniyyət mübadiləsindəki misilsiz xidmətləri mədəniyyət ictimaiyyəti və xalqımız tərəfindən yüksək dəyərləndirilir”.
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO






.jpg)
.jpg)

.jpg)



.jpg)























