Bilgi.az
Qəribə qanunlar: Los-Anceles şəhərində qurbağanı yalamaq qadağandır
Elə qanunlar var ki, onlar bir çox insanlara qəribə gələ bilər. Aşağıda təqdim olunmuş qanunlar sizə gülməli gələ bilər, lakin müvafiq ölkələrdə siz bu qanun pozuntusuna görə həbs oluna bilərsiniz.
Publika.az bir sıra ölkələrdə fəaliyyət göstərən maraqlı və gülməli qanunları təqdim edir.
Böyük Britaniya:
Parlament üzvləri ümumi nümayəndələr məclisinə yaraq-əsləhə ilə daxil ola bilməzlər.
Gecə yarısından sonra yalnız şəhər divarlarından kənarda hər hansı uelsliyə kamandan atəş aça bilərsiniz.
Şotlandiyalı ilə bazar günündən başqa həftənin istənilən günü görüşərkən ona kamandan atəş açmaq olar.
Fransa:
Bu ölkə sakinləri öz donuzlarına "Napoleon" adını qoya bilməzlər.
İslandiya:
Üzərində Loğman kimi tərcümə olunan "Scottulaejir" yazılı lövhəsi olan hər bir kəs tibbi xidmət göstərə bilər.
İtaliya:
Yerli qanunlara görə, Mariya adını daşıyan qadınlar fahişəliklə məşğul ola bilməzlər.
Şotlandiya:
Bu ölkədə kimsə qapınızı döyüb ayaqyolunuzdan istifadə etməyi xahiş etsə, qanuna görə, siz onu evə buraxmalısınız.
Çin:
Boğulan insanı xilas etmək qanuna ziddir. Çünki bu, onun taleyinə müdaxilə kimi qiymətləndirilir.
Hindistan:
Hindistanın Bihar ştatında inəyi öldürən şəxs edam olunur.
İnək peyinini təmizləməyə cəhd etsəniz, qollarınız kəsiləcək.
Səudiyyə Ərəbistanı:
Kişi həkimlər qadınları müayinə edə bilməz.
Qadınlar isə həkim sənətinə yiyələnə bilməz.
Sinqapur:
Əgər bir insan küçədə yerə zibil atmasına görə 3 dəfə saxlanılıbsa, qanunu pozan bu şəxs bazar günləri küçələri yumalı olacaq. Bu zaman onun boynundan "Mən zibilləmişəm" yazılı lövhə asılır. Ən pisi isə budur ki, bu akt həm də televiziyada canlı efirdə nümayiş olunacaq.
Kanada:
Bütün lövhələrdə fransızca yazılmalıdır. Əgər şirkətin rəhbəri ingilis dilində yazı qoymaq istəyirsə, o zaman ingilis əlifbasının ölçüləri fransız yazısından 2 dəfə kiçik olmalıdır. Digər dillərdən istifadə oluna bilməz.
ABŞ, Marikopa-Kauni:
Bir evdə 6 nəfərdən çox qız yaşaya bilməz.
ABŞ, Blit:
Kovboy ayaqqabılarını geyinmək üçün gərək bir insanın ən azı 2 inəyi olsun.
ABŞ, Los-Anceles:
Qanuna görə, ər öz arvadını dəri kəmərlə döyə bilər. Yalnız kəmərin eni 2 düymü keçməməlidir. Qadın razılıq verərsə, başqa məsələ - kişi daha enli kəmərdən istifadə edə bilər.
Bu şəhərin qanunlarına görə, iki azyaşlını eyni vaxtda kupeldə (xaç suyuna salmaq üçün qab) çimdirmək olmaz.
Los-Anceles şəhərində qurbağanı yalamaq qadağandır.
ABŞ, Florida:
Evdar qadının gün ərzində 3 boşqab və ya 4-dən artıq stəkan və iri nimçə sındırması qadağandır.
Floridada hər hansı bir tikilinin arxa qapıları çölə doğru açılmalıdır.
ABŞ, Marietta:
Qanunlara görə, avtobus və maşından çölə tüpürmək olmaz. Lakin yük maşınından çölə tüpürə bilərsiniz.
Nura
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO