Cinayət dünyası
Abxaziyada güllələnən ''Rəşad Gəncinski'' xəstəxanadan qaçdı
Bir müddət əvvəl Abxaziyada güllələnən və Suxumi şəhər xəstəxanasında müalicə olunan “Rəşad Gəncinski” ləqəbli qanuni oğru Rəşad İsmayılov barəsində axtarış elan edilib. Rusiya KİV-nin məlumatına görə, o, bir sıra cinayətdə ittiham olunur.
Məlumata görə, Moskva polisi bir qədər əvvəl İsmayılovun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər. Onların ilkin ifadələrindən sonra hüquq-mühafizə orqanları “Raşad Gəncinski” barəsində axtarış elan edib.
Bu arada Lent.az-a “Gəncinski” ilə bağlı maraqlı məlumat daxil olub. Əməkdaşımızın xahişiylə Suxumidə fəaliyyət göstərən həmkarlarımızdan biri “Rəşad Gəncinski”nin müalicə aldığı xəstəxanayla əlaqə saxlayıb. Məlum olub ki, ayağından yaralanan Rəşad müalicəni sona qədər gözləməyib. Xəstəxanadan həmkarımıza bildirilib ki, o, gecə qəfil xəstəxananı tərk edib.
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?