Dünya nəhəngi 70 il sonra ABŞ-dan üzr istədi
Bizi izləyin

Dünya

Dünya nəhəngi 70 il sonra ABŞ-dan üzr istədi

Yaponiyanın dünya nəhəngi sayılan “Mitsubishi” şirkətinin rəhbəri Hikaru Kimura ABŞ-ın Los Angeles şəhərində təşkil olunan mərasimdə çıxışı zamanı ölkəsi ilə bağlı etiraf edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, H.Kimura bəyan edib ki, II Dünya Müharibəsi zamanı Yaponiya 900 nəfərə yaxın amerikalı əsirin əməyindən zor tətbiq etməklə “Mitsubishi” şirkətinə məxsus mədən və sənaye müəssisələrində istifadə edib: “Biz keçmişdə yaşanan bu hadisədən dərin təəssüf hissi keçiririk. Bu hadisə məni kədərləndirir. Mən bu acı hadisəni yaşamış insanlardan və onların ailələrindən üzr istəyirəm”.

Qeyd edək ki, sözügedən mərasimə II Dünya müharibəsi zamanı Yaponiyaya əsir düşmüş 94 yaşlı Ceyms Murphy və digər şəxslər də qatılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm