Bərzanidən Ərdoğana dəstək: “İki polisi öldürməklə Türkiyə yox olmayacaq”
Bizi izləyin

Dünya

Bərzanidən Ərdoğana dəstək: “İki polisi öldürməklə Türkiyə yox olmayacaq”

İraq Kürd Muxtariyyətinin rəhbəri Məsut Bərzani Türkiyənin sülh üçün atdığı addımları dəstəkləyərək PKK-nı ittiham edib.


Publika.az xəbər verir ki, M. Bərzani AKP-dən öncə “Kürd və Kürdüstan” sözünün, kürdlərə aid bütün ifadələrin qadağan olunduğunu, lakin sonradan bu problemin aradan qalxdığını bildirib: “Sülh üçün bütün cəhdləri etdik. Uzun müzakirələrdən sonra AKP və hörmətli Ərdoğan Türkiyədə kürd probleminin həlli üçün addımlar atdı. Yenə də dialoq və sülh tərəfdarıyıq. Biz Türkiyə siyasətini müəyyən etmirik, PKK-nın davranışlarına da məsuliyyət daşımırıq. Lakin bir sözü deməliyəm.

Türkiyə hökuməti sülh üçün hər şeyi etdi. Təəssüf ki, bəzi tərəflərin yanlış hərəkəti, bu məsələdə qürur göstərməsi hər şeyi alt-üst etdi. PKK-ya doğru addım atması üçün dəfələrlə müraciət etmişəm. Onlara bunu dedim: İki polisin öldürülməsi ilə Türkiyə yox olmayacaq. Bu gün ən böyük imkan yaranıb. Seçki qutuları, dialoq, siyasət və sülh üsulları mövcuddur. Bu yolla əldə oluna biləcək qazanclar silahla mümkün deyil. PKK-nı silahı buraxmağa çağırıram”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm