Dünya
Rusiyada azərbaycanlı 14 yaşlı məktəbli qızı oğurlayıb
Rusiyanın Usmanski rayonunda məktəbli qızı oğurlayaraq ona qarşı cinsi xarakterli hərəkətlər etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb.
"Report" xəbər verir ki, istintaqın məlumatına görə, avqustun 4-ü günorta saatlarında rayonun Poddubrovka kəndində biri 36 yaşlı azərbaycanlı olan iki yerli sakin mağazaya gedən 14 yaşlı məktəbli qızın qarşısını kəsərək onu maşına əyləşdirib və meşəyə aparıb.
Orada canilər yeniyetməyə qarşı cinsi xarakterli hərəkətlər ediblər. Lakin zərərçəkən adam oğrularının diqqətindən yayınaraq qaçmağa müvəffəq olub. Hadisədən xəbər tutan qızın valideynləri polisə müraciət ediblər.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb. Onunla əlbir olan şəxs isə qaçmağa macal tapıb. Cinayətkar hazırda axtarışdadır.
Rusiya İstintaq Komitəsinin Lipetsk rayonu üzrə İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə cinayət işi qaldırılıb.
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO