İranda jurnalist günü qeyd edilib
Bizi izləyin

Dünya

İranda jurnalist günü qeyd edilib

Avqustun 8-də İran İslam Respublikasında jurnalist günü qeyd edilib.

Bu münasibətlə İran Prezidenti Həsən Ruhani ölkə jurnalistlərinə müraciət edərək onları ictimaiyyətin hüquqlarının gözətçisi adlandırıb.

Müraciətdə qeyd olunub ki, inkişafa nail olmaq və ədalətin bərpası üçün jurnalistlər həqiqətləri vaxtında, düzgün formada ictimaiyyətə çatdırmalıdırlar. Münaqişə bölgələrinə xidməti vəzifələrini yerinə yetirərkən həlak olan jurnalistlərin ailə üzvlərinə başsağlığı verən Prezident onları həqiqət uğrunda şəhidlər adlandırıb.

Bildirilib ki, jurnalistlər öz peşə fəaliyyətləri ilə milli potensialı təbliğ etməli, nöqsanlarla mübarizə aparmalıdırlar. Əslində jurnalistlər ölkə rəhbərliyinin etibarlı müşavirləridirlər.


Xatırladaq ki, 1998-ci il avqustun 8-də İRNA agentliyinin müxbiri Mahmud Saremi İran konsulluğunun 8 diplomatı ilə birlikdə Əfqanistanın Məzarişərif şəhərində Taliban qruplaşması tərəfindən qətlə yetirilib. Bu münasibətlə hər il avqustun 8-i İranda jurnalist günü kimi qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm