Zibillikdən 12 min avro tapdı
Bizi izləyin

Dünya

Zibillikdən 12 min avro tapdı

Almaniyanın Vuppertal şəhərinin adı aşıqlanmayan 87 yaşlı sakini zibil konteynerindən 12 min avro tapıb.

Publika.az “Bild” agentliyinə istinadən xəbər verir ki, qoca üç zərfə yerləşdirilmiş külli miqdarda pulu hüquq-mühafizə orqanlarının əməkdaşlarına təqdim edib.

Vuppertalın polis əməkdaşları qocanın bu addımından şoka düşdüklərini bildiriblər.

Qeyd edək ki, bu yaxınlarda Moskvada da yoxsul, evsiz sakinlərdən biri tapdığı pul kisəsini sahibinə qaytarmışdı.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm