Dünya
Şimali Koreya liderindən ilk – onu vəsf edən musiqi qrupu
Şimali Koreya lideri Kim Jong ölkəsinin imicini xilas etmək üçün yeni bir addım atdı.
Publika.az xəbər verir ki, 32 yaşlı diktator Şimali Koreyada qadın pop musiqi qrupuna oxşar bir qrup yaradıb.
Qrup bir çox xüsusiyyətlərinə görə, Qərb ölkələri musiqi qrupları standartlarına uyğun olsa da, onların ifa etdiyi mahnılar çox fərqlidir.
Mahnıların əsas mövzusu Kim Jongu və ölkənin gələcək inkişafını tərənnüm edən mədhiyyələrdir. Mahnıların birində “yeni və gələcək mədəniyyətin rəmzi sənsən” - deyə liderə müraciət edilir.
Qeyd edək ki, “Moranbong” adlanan qrup 7 qadından ibarətdir. Qısa paltarları ilə Qərb ölkələri pop ulduzlarını xatırladırlar.
Qrup ölkədə qısa zamanda xeyli məşhurluq qazanıb. Elektron skripka, gitara, nağara və digər alətlərdən istifadə edən qrupun konsertindəki effektlər Qərb ölkələrindəki konsertlərdən heç də geri qalmır.
Gülxar
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ