Putinlə Poroşenko üz-üzə - oktyabrın 2-də
Bizi izləyin

Dünya

Putinlə Poroşenko üz-üzə - oktyabrın 2-də

Rusiya, Fransa və Ukrayna prezidentləri Vladimir Putin, Fransua Olland, Pyotr Poroşenko, həmçinin Almaniya kansleri Angela Merkel yeni danışıqların keçirilməsi üzrə razılığa gəliblər.


Publika.az xəbər verir ki, Kreml və Yelisey sarayının mətbuat xidmətlərinin yaydığı məlumata görə, ölkə liderləri telefon danışığında yeni görüşün oktyabrın 2-də Parisdə keçirilməsi barədə qərara gəliblər. Dörd ölkənin xarici işlər nazirlikləri şənbə günü Berlində görüşərək, Paris toplantısının gündəliyini hazırlayacaq. Əsas məsələ Donetsk və Luqansk münaqişələrinin nizama salınması olacaq.


Qeyd edək ki, yaxın dövrlərdə Donetsk və Luqanskda bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılır. Bu addım Kiyevin qəzəbinə tuş gəlib. Lakin Avropa liderləri məsələnin masa ətrafında müzakirəsinin tərəfdarı kimi çıxış edirlər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm