İŞİD qaçqınları kafir elan etdi: “Bilin ki, nəvələriniz və nəticələriniz...”
Bizi izləyin

Dünya

İŞİD qaçqınları kafir elan etdi: “Bilin ki, nəvələriniz və nəticələriniz...”

İŞİD qaçqın müsəlmanları kafir elan edib.

Publika.az xəbər verir ki, terror təşkilatı qaçqın müsəlmanları öz övladlarını kafirlər diyarına aparmaqda günahlandırıb.

“Bilin ki, İslamın olmadığı torpaqlara köçmək böyük günahdır. Bu ona gətirib çıxaracaq ki, sizin nəvələriniz, nəticələriniz İslamı deyil, xristianlığı qəbul edəcək, yaxud ateist olacaq və liberallar sırasına daxil olacaq”, - deyə İŞİD bildirib.

Qeyd edək ki, hazırda iki milyondan çox Suriya qaçqını Misirdə, İraqda, İordaniyada, Livanda və Türkiyədə yaşayır. Təkcə Türkiyədə qaçqınların sayı 1,9 milyondur. 248 mindən çox suriyalı isə Av ropa ölkələrinə sığınıb. Qaçqın axını hələ də davam edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm