Donbasda mina partladı: 2 ölü,5 yaralı
Bizi izləyin

Dünya

Donbasda mina partladı: 2 ölü,5 yaralı

Donbasda mina partlaması nəticəsində 2 Ukrayna əsgəri həlak olub. 5-i yaralanıb.

Ukrayna ordusunun sözçüsü Andrey Lysenkonun sözlərinə görə, rusyapərəst separatçılar ötən gün atəşkəs rejimini 1 dəfə pozublar. Bu insident Lozovoe qəsəbəsində qeydə alınıb.

Onun sözlərinə görə qalan ərazilərdə sakitlik olub.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Tərəflər bu ilin fevralında Minskdə atəşkəs sazişi imzalasalar da vaxtaşırı Ukraynanın şərqində toqquşmalar müşahidə olunurdu. Amma son həftələrdə demək olar ki, atəşkəs rejiminə əməl olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm