Dünya
İrəvanın son ümidi də ölür
Ermənistanın siyasi dairələrinin fikrincə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbə sammiti göstərdi ki, Azərbaycanla münaqişədə Ermənistan öz ümidlərini bu təşkilata bağlamamalıdır.
Azadlıq Radiosunun erməni xidməti yazır ki, sentyabrın əvvəlində Ermənistan-Azərbaycan sərhədində bir neçə gün hərbi əməliyyatlar keçirildi. Qarşı tərəf hətta reaktiv raket artilleriyasından da istifadə etdi, yaşayış məntəqələrini atəşə tutdu və qurbanlar oldu.
Sarkisyanın çıxışına sükutla cavab verdilər
Sentyabrın 16-da keçirilmiş sammitdə Serj Sarkisyan Ermənistan sərhədindəki gərginlikdən danışıb, təşkilatın digər üzvləri isə buna sükutla cavab veriblər. Hətta sammitin yekunlarına dair qəbul edilən bəyannamədə belə Azərbaycan-Ermənistan münaqişəsi xatırladılmayıb.
"İllüziyalardan azad olmalıyıq"
KTMT sammitinin yekun sənədində deyilir ki, qurum üzləri fəal surətdə silahlanma yarışına qarşı çıxırlar.
Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan bu sənədə məəttəl qalıb: "Rusiya və Belarus Azərbaycanı silahlandırır, Ermənistanı da silah yarışına dartırlar, sonra da bu cür bəyanat qəbul edirlər. Bu bizi KTMK-nın nə vaxtsa Ermənistanın xeyrinə, Azərbaycanın strateji dostları olan üzv ölkələrin hansısa sərt qərar verə biləcəyi illüziyasından xilas etməlidir".
"Ermənistanda heç kim bu təşkilatı ciddi qurum hesab etmir"
«Miras» parlament fraksiyasının katibi Tevan Poqasyan hesab edir ki, Ermənistanda heç kim KTMT-ni ciddi qurum saymır. Onun fikrincə, KTMT olsa-olsa ucuz qiymətə silah əldə etmək imkanı verir və Azərbaycanda da bunu yaxşı anlayırlar. "Azərbaycan yaxşı bilir ki, sabah müharibə başlasa, orda təşkilatın ordusunu yox, erməni hərbçiləri olacaq və ən yaxşı halda KTMT bir bəyanat verəcək. Qurum tərəfindən, ola bilsin, Rusiyanın iştirakını görək. Belarus və Qazaxıstan prezidentləri elə Avrasiya İqtisadi Birliyi çərçivəsində daha çox Azərbaycanın mövqeyindən çıxış edirlər. Nə dəyişib ki, KTMT-də onlar başqa bir bəyanat versinlər!?" – Poqasyan əlavə edib.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO