Putin şərtlərini açıqladı: “Qaydalar mənim tərəfimdən pozulmayacaq”
Bizi izləyin

Dünya

Putin şərtlərini açıqladı: “Qaydalar mənim tərəfimdən pozulmayacaq”

Rusiya prezidenti Vladimir Putin növbəti prezident seçkilərində iştirakının şərtlərini açıqlayıb.

Publika.az xəbər verir ki, Putin bu şərtləri amerikalı jurnalist Çarl Rouza müsahibəsində qeyd edib.

“Birincisi, sözsüz ki, konstitusiya ilə nəzərdə tutulmuş qaydalar var və onlar mənim tərəfimdən pozulmayacaq. Amma mən əmin deyiləm ki, konstitusiya hüquqlarımdan tamamilə istifadə edəcəyəm. Bu artıq ölkədəki və dünyadakı konkret vəziyyətdən, həmçinin şəxsi əhval-ruhiyyəmdən asılı olacaq”, - dövlət başçısı söyləyib.

Putin qeyd edib ki, öz gedişindən sonra Rusiyanı rəqabətə davamlı ölkə kimi görmək istəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm